hemle

Erməni hakerlər tərəfindən AMVPRESS.AZ informasiya portalına hücum olub.

Tarix:31-07-2020, 16:50
Baxış Sayı:544

ATESH,AZ saytı “Yeni Gündəm” saytına istinadən xəbər verir ki, AMVPRESS.AZ informasiya portalına hücum dünən gecə saatlarında erməni hakerlər tərəfindən həyata keçirilib. Belə ki, saytın admin-panelini ələ keçirən erməni hakerlər bütün xəbərlərə Emənistanın bayrağını, videolarını və “Armenia” sözlərini yerləşdiriblər. Hücum nəticəsində saytda yayımlanan son xəbərlərin hamısı silinib.

İnformasiya portalına edilən hücumun əsas səbəbi manşetdə yayımlanmış “Polad Həşimov – Göz yaşlarımla söhbət… Rövşən Nəcəfov (TARİXİ HEKAYƏ)” yazısına görə olub.

AMVPRESS.AZ informasiya portalının baş redaktoru Elşən Gəncəvi açıqlamasında qeyd edib ki, AMVPRESS.AZ informasiya portalı erməni hakerlərin hücumuna məruz qalıb: “AMVPRESS.AZ informasiya portalına erməni hakerlər tərəfindən hücub olub. Hazırda problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Unutmamalıyıq ki, düşmənlə müharibə yalnız səngərdə getmir, biz həm də informasiya müharibəsi aparırıq. Sosial şəbəkələrdə yayılan yalan məlumatlara, informasiyalara qarşı diqqətli olmalıyıq. Həmkarlarımla informasiya müharibəsində qələmlərimizi yerə qoymamalıyıq. Bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik”.
hemlemedia.az

Digər xəbərlər
08:34 Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...