hemle

Politoloq: İrəvan bu ərazidə savaş başlatmaq istəyir -

Tarix:17-04-2020, 16:53
Baxış Sayı:393

Ermənistan bu gün öz torpaqlarında Aprel döyüşlərinə bənzər bir hərbi toqquşma yaratmaq istəyir. Bu yolla Azərbaycanın regionda və beynəlxalq aləmdə nüfuzuna zərbə vurmağa çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli son zamanlar Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması haqqında danışarkən deyib. O vurğulayıb ki, Ermənistan son günlər təmas xəttində deyil, Azərbaycanla birbaşa sərhəddə atəşkəsi intensiv olaraq pozur:

“Hətta bu hücumlar təkcə hərbçilərimizə deyil, mülki əhaliyə qarşı da yönəlir. Ermənistanın bu əməlləri provokasiyadır”.

Politoloq bildirib ki, Ermənistan Azərbaycanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) üz-üzə qoymağa çalışır:

“Aprel döyüşləri öncəsi Ermənistan Azərbaycanın nə vaxtsa əks-hücum edəcəyini ehtimal belə etmirdi. Buna görə də başda Lələtəpə və Talış yüksəklikləri olmaqla, təmas xəttində vaxtaşırı ordumuza və mülki əhaliyə atəş açırdı. Azərbaycanın 2016-cı ilin aprelində əks hücuma keçməsi Ermənistanda şok effekti yaratdı. Çünki belə bir şey gözlənilmirdi. Bu azmış kimi, çox güvəndikləri “Ohanyan istehkamı”nın da bir neçə dəqiqəyə darmadağın edilməsi Ermənistanda panikaya səbəb oldu. Bu gün də bənzər proseslərin şahidi oluruq. Lakin düşmən bu dəfə təmas xəttində deyil, birbaşa Ermənistan-Azərbaycan sərhədində təxribata əl atır. Məqsəd isə aydındır. Düşmən bu yolla Azərbaycanı öz torpaqlarında hərbi əməliyyata məcbur edib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək almaq istəyir”.

Q.Hüseynli qeyd edib ki, KTMT-yə üzv ölkələr Ermənistana görə Azərbaycanla münasibətləri korlamaq istəmir:

“Hazırda Azərbaycan istər regionda, istərsə də dünyada böyük nüfuza malikdir. Faktiki olaraq Azərbaycan Ermənistan qarşısında diplomatik-siyasi və hərbi üstünlük əldə edib. Bunun ən bariz nümunəsi İrəvanın çox güvəndiyi KTMT-dən Azərbaycana qarşı dəstək ala bilməməsidir. Çünki təşkilata üzv ölkələrin heç biri Azərbaycanla münasibətlərini pozmaq istəmir”.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı