hemle

QHT RƏHBƏRİNDƏN TV VƏ SOSİAL ŞƏBƏKƏ İSTİFADƏÇİLƏRİNƏ ÇAĞIRIŞ

Tarix:13-07-2020, 00:43
Baxış Sayı:536

Bildiyiniz kimi iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Turan Araşdırma İctimai Birliyinin sədr müavini, iqtisadçı alim, hüquqşunas Cavid İsmayıl öz facebook səhifəsindən müraciət edib ki, xain düşmənə qarşı indi nəinki Azərbaycan, bütün dünya azərbaycanlıları səfərbər olmalıdırlar: “Düşmən yenə iç üzünü göstərdi. Və şəhidlərimiz var. İndi nə çal-çağır, nə də ağlaşma qurmaq vaxtıdır. İndi hər kəs öz sahəsində-cəbhədə olan cəbhədə, iş yerində olan iş yerində mənfur düşmənə qarşı mübarizə aparmalıdırl. Azərbaycan ordusu, şanlı əsgərlərimiz vəsf olunmalı, şəhidlərimiz hamıya tanıdılmalıdır. Kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə bütün şəxsi intriqalar, məişət problemləri arxa plana keçməli, gündəmdə yalnız rəşadətli Azərbaycan ordusu olmalıdır. Bu həm ağır, həm də şərəfli günlərdə televiziyalarımızın rolu danılmazdır. Və mən onlara ayrıca səslənirəm ki çal-çağır, şou qiybətləri zamanı deyil. Bütün ölkənin gözü ekranlara dikilib. Bütün dünyanın gözü Azərbaycandadır! Sağ olsun AzTV Mədəniyyət kanalı və ATV! Sosial şəbəkə üzərindən səsimizi eşitdilər və dərhal proqramlarında dəyişiklik etdilər! Digər kanalları da buna dəvət edirik! Sosial şəbəkə istifadəçiləri son dərəcə aktiv olmalıdırlar ! İndi hər yer VƏTƏNDİR! “Suyum gəlmir”, “Qazım kəsilib” kimi məsələlər bu günün söhbəti deyil. Bu gün dilimizin şah sözü vətən və Azərbaycan əsgəri olmalıdır.”
ATESH,AZ

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar