hemle

Şuşa sadəcə yaşamq üçün tikilmiş bir şəhər deyildi. Şuşa müqəddəs məkandır!!!

Tarix:18-09-2020, 18:43
Baxış Sayı:806

ATESH,AZ saytının verdiyi məlumata görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçiriləcək “Güllələnmiş Qətl Edilmiş Mədəniyyət Şuşa filminin çəkilməsi” adlı layihənin icrası üçün çəkilişlər başa çatdırılmışdır. Şuşa filmi artıq hazırdır. Çəkilişlərdə əsasən Şuşadan olan ziyalılarımız, iş adamları, məmurlar çəkiliblər. Çəkilişlərdə Şuşa ilə bağlı xatirələrini danışmaqla Şuşa həsrətinidə dilə gətirən ziyaylııarımız filmdə fikirlərini ifadə etdilər. Şuşada hadisələrin iştirakçısı olan insanlarımız Şuşanın xəyanətin qurbanı olduğunu bildirdilər. Şuşa erməni işğalından azad edildikdən sonar dövlətimiz Şuşanın gözəlliyini bərpa edəcək dedilər. Şuşanın tarixi gerçəklikləri filmdə əks edilib.
Filmin çəkilişlərini Vətən tv həyata keçirir. Filmin rejjissoru Etibar Məmmədovdur.
Azərbaycan mədəniyyətinin özəyini təşkil edən, dünya mədəniyyətinə böyük bir mədəni irs hədiyyə edən Şuşa mədəniyyəti var idi bir zamanlar. Dünya mədəniyyətinin tarixi gerçəklləri var. Bir şəhəri işğal etməklə, bir tarixi, mədəniyyəti məhv edən erməni vandalizmi var. Bu vandalizmə susan ikiüzlü dünya siyasəti var.
1948-ci ildə Sovet arxitektura idarəsi Şuşanı tarixi abidə elan edərək Şuşada tikintilərin aparılmasını qadağan etmişdir. Erməni vandalizmi nəticəsində tarixi abidələr şəhəri olan Şuşanın daşı daş üstündə qalmayıb. Dünya mədəniyyətinin incisi olan Şuşanın keçmişi və bu günü çəkilmiş filmdə əks edilməklə bərabər Şuşanın yaranma tarixi Şuşanın özəllikləri də öz əksini tapmşdır. Filmin başlanğıcında böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Oxuma bülbül” şerinin səslənməsi ilə Şuşa dərdinin nə qədər ağır olduğu ifadə edilmişdir. Layihə rəhbəri Tahirə Məmmədova Şuşanın 270 illiyi münasibəti ilə Şuşa filminın çəkilməsi haqda layihənin hazırlandığını bildirdi. Filmdə Şuşadan olan tanınmış ziyalılar çəkilmişdir. Polad Bülbüloğlu, Kamal Abdulla, İlham Fətəliyev, Bayram Səfərov Şuşanın mədəniyyəti tarixi, Şuşanın təbiəti adidələri ilə bağlı könül yanğısı ilə danışdıblar. Şuşanın dünya mədəniyyətinə bəxş etdiyi Üzeyir Hacıbəyov, Bülbül, Yusif Vəzir Çəmənzəminli, Xan Şuşalı, Seyid Şuşalı, Rəşid Behbudöv, kimi dünya şöhrətli karifeylər haqda məlumat verilir. Azərbaycan yazılı ədəbiyyatında öz dəsti xətti ilə yer tutan, ilk qadın məclisi olan “Məslisi-ünsü” yaradan Xurşudbanu Natavan və Qarabağın böyük siyasi xadimi Pənah xan haqda məlumat verilib. Cavanşirlər, Qacarlar yurdu olan Şuşanın mədəni irsinin yer üzündən silinməsini həyata keçirən ermənilərin bəşəri cinayəti filmdə öz əksini tapmışdır. Feodal şəhərsalma örnəyi olan, yaranışından sadəcə bir şəhər deyil sənət əsəri kimi səciyyələndirilən Şuşanın bu şəkildə məhv edilməsinə susan dünyaya hayqıran Şuşa filmi ingilis dilinə də tərcümə ediləcəkdir. Filmin diskləri hazırlanır. İraq Azərbaycan Mədəni Əlaqələri İctimai Birliyinin layihəsi ilə hayata keçirilən “Güllələnmiş məhv edilmiş Qarabağ mədəniyyəti, Şuşa filminin çəkilməsi” adlı layihənin icrası məqsədi ilə çəkilən Şuşa filminin yaxın günlərdə onlayn təqdimat mərasimi keçiriləcəkdir.

Layihə rəhbəri İraq Azərbaycan Mədəni Əlaqələri
İctimai Birliyinin sədri Tahirə Məmmədova

ATESH,AZ








Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı