Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçiriləcək “Güllələnmiş Qətl Edilmiş Mədəniyyət Şuşa filminin çəkilməsi” adlı layihənin icrası üçün çəkilişlər başa çatdırılmışdır. Çəkilişlərdə əsasən Şuşadan olan ziyalılarımız, iş adamları, məmurlar çəkilir. Bu dəfəki çəkilişimizdə Şuşa İcra Hakimiyyətinin Başçısı Bayram Səfərov Şuşa ilə bağlı xatirələrini danışmaqla Şuşa həsrətinidə dilə gətirdi. Şuşada hadisələrin iştirakçısı olan Bayram Səfərov Şuşanın xəyanətin qurbanı olduğunu bildirdi. Şuşa azad edildikdən sonar biz Şuşanın gözəlliyini bərpa edəcəyik dedi.
Azərbaycan Respublikasının Rusiyada fəaliyyət göstərən Fövqəladə və Səlahiyyətili Səfiri, Şuşada ata yurdu erməilər tərəfindən dağıdılmış Polad Bülbüloğluda Şuşa haqda könül yanğısı ilə danışdı. Şuşanın tarixi Azərbaycan şəhəri olması, Şuşanın işğalının dünya mədəniyyətinə zərbə olduğunu ifadə edən dahi sənətkar Şuşanın işğalda qalmasının qəbuledilməz olduğunu bildirdi.
İlhami Fətəliyev Şuşa Elmi Bərpa İdarəsinin sabiq rəisi. Azərbaycan tarixinin dərin köklərini özündə saxlayan Şuşa şəhərinin mədəniyyət adilərinin özünəməxsus çalarları və gözəlliyindən danışdı Şuşa şəhəri tikilən zaman şəhərdə 17 hamam, 17 məscid, 17 şu quyusu tikilmişdi. Bundan əlavə Şuşada şəhərin özəlliklərindən biridə odur ki, Şuşa bir mədəniyyət mərkəzi olaraq dünyada tayı bərabəri olmayan gözəl şəhərdir.
Şuşa Qoruğunun sabiq rəisi Tofiq Süleymanov Şuşanın təbiətinin gözəlliyinindən, zənginliyndən danışdı. Şuşanin dağların qoynunda yerləşən şəhər olmasına baxmayaq Şuşa bir evi, bir mənzili xatırladırdı. İnsanlarıda təbiəti kimi özünəməsus gözəl xarakter sahibi idi. Şuşa insanlarının mədəniyyəti, adət ənənəyə bağlılığı, qonaqpərvərliyi hər kəsi valeh edirdi. Biz şuşalı olaraq Şuşanın işğalda qalmasını qəbul etmirik.
Layihə rəhbəri Tahirə Məmmədovada Şuşalıdır, Şuşa ilə bağlı çox gözəl xatirələri var. Layihə rəhbəri Tahirə xanımda filmdə çəkilmişdir. Layihə rəhbəri Şuşa filminin çəkilməsi layihəsinin icra edilməsində məqsəd Şuşanın tanıdılması, Qarabağın işğalının acı nəticələrinin dünyaya çatdırılnmasıdır dedi. Film İngilis dilinə tərcümə ediləcəkdir. Şuşa Filminin təqdimat mərasiminin onlayn şəkildə həyata keçiriləcəyini qeyd edən layihə rəhbəri filmin çəkilişlərinin başa çatdlrıldığını qeyd etdi.
Layihə rəhbəri İraq Azərbaycan Mədəni Əlaqələri
İctimai Birliyinin sədri Tahirə Məmmədova
ATESH,AZ