Şuşa — Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində şəhər. Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar Şuşada17 məhəllə vardı:
Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə əraziləri ilə düzənləşmiş bu şərəhdə hər məhəllənin öz hamamı, məscidi . bulağı var idi.
XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi.Şuşa dörd tərəfdən böyük və güclü səddlə əhatə edilmişdi. Şuşada çoxsaylı sənətkar məhəllələri yaranaraq mədəniyyəti inkişaf etdirilirdi. Şuşalı tacirlər İranın şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın mədəniyyət və ticarət mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur.
1905, 1920 və 1992-ci Azərbaycan musiqisinin qızıl dövrü, inkişafı və formalaşması Qarabağla Şuşa ilə bağlıdır. Bir vaxtlar Pənahabad adlandırılan dünyanın mədəniyyət mərkəzləri ilə rəqabət apara bilən Şuşa 20-ci əsrdə ermənilər tərəfindən 3 dəfə yandırılaraq dağıdılaraq məhv edildi. Azərbaycan xalqının mənəvi dəyərlləri tarixi Şuşada yox edildi. Ermənilərin bu vəhişiliyini dünyaya tanıtmaq üçün biz lazım olan təbliğatı qurmamışıq. Elə buna görədə Şuşa adlı filmin çəkilməsini həyata keçirən layihənin icra edilməsi qərarına gəldik.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçiriləcək bu layihənin icrası üçün Şuşadan olan müxtəlif ziyalılarının xatirələrində istifadə ediləcəkdir. Şuşanın dəyərli ziyalılarından olan Kamal Abdullayevində Şuşa filmində çəkilməsini qərara aldıq. Filmdə çəkilməyə razılıq verən Kamal müəllim Şuşa ilə bağlı xatirələrini danışmaqla bərabər Şuşanın Azərbaycanın digər bölgələri ilə mədəniyyət adət-ənənə bağlarının mövcudluğundan da danışdı. Şuşa mədəniyyətinin bütün Azərbaycana təsir edərək geniş yayılmasını və Şuşa mədəniyyətinin ümumiyətlə Azəbaycan mədəniyyətinin tərkib hissəsini təşkil edərək tariximizin vacib səhifəsinə çevrildiyini qeyd etdi. Azərbaycanın qadın ziyalılarının, şairələrin təhsilli qadınların yetişdirilməsi Şuşa şəhəri ilə bir başa bağlıdır. 2007-ci ildə beynəlxalq təşkilatların xətti ilə Şuşaya getdiyini, Şuşanın erməni və rus işğalından sonrakı dağıdılmış, məhv edilmiş vəziyyətinin ona çox ağır təsir etdiyini ifadə etdi. Qarabağın düşmən tapdağında qalmasının gələcəyimiz üçün böyük təhlükə olduğunu bildirən alim vətənimizin işğaldan azad edilməsinin vacibliyini qətiyyətlə qeyd etdi.
Şuşa filminin çəklməsi ilə Azərbaycan mədəniyyətinin tanıdılmasına daha bir töhvə verə biləcəyimizi düşünürük. Film Azərbaycan və ingilis dillərində hazırlanacaqdır.
Layihə rəhbəri İraq Azərbaycan mədəni Əlaqələri
İctimai Birliyinin sədri Tahirə Məmmədova