hemle

Sədərək nəzarətə götürüldü, işıqlar söndürüldü

Tarix:18-09-2020, 17:47
Baxış Sayı:395

Bakıda pandemiya ilə əlaqədar fəaliyyəti dayandırılan Sədərək Ticarət Mərkəzi bazar ərazisində qanunsuz fəaliyyət göstərən sahibkarlarla bağlı xüsusi komissiya yaradıb. ATSH.AZ bidirir.

NOCOMMENT xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Sədərək Ticarət Mərkəzinin İdarə Heyətinin müşaviri Mikayıl Qədimov deyib.

Müşavir bildirib ki, hazırda ticarət mərkəzinin bütün giriş-çıxışları nəzarətə götürülüb: “Bu barədə ticarət mərkəzinin rəhbərliyi xüsusi qərar qəbul edib. Bazar ərazisində olan bütün mağaza və digər obyektlərə nəzarət gücləndirilib. Komissiya üzvləri mütəmadi olaraq bazarın ticarət aparılan ərazilərinə cəlb edilib. Bazardakı bütün alış-veriş mağazaları yoxlanılır. Ticarət üçün açıq olan obyektlər dərhal qapadılacaq və sahibkar barədə ciddi ölçü götürüləcək. Hazırda ticarət mərkəzində yalnız ofislərin fəaliyyətinə icazə verilib”.

M.Qədimov bildirib ki, həmçinin bazarın alış-veriş mağazalarına elektrik enerjisinin verilişi də dayandırılıb: “Bütün mağazalara elektrik enerjisinin verilişini dayandırmışıq. Hazırda heç bir alış-veriş mağazasında elektrik enerjisi yoxdur. Sahibkarlar yalnız onlayn alış-verişə görə obyektə daxil ola bilər. Həmin şəxslərə də müvafiq vaxt təyin edilir ki, onlayın sifarişlərini götürmək üçün mağazalarına daxil olub mallarını götürüb ərazini tərk etsinlər. Sahibkarlardan başqa nə satıcılar, nə də müştərilər girişdən buraxılmır. Giriş-çıxışlara müşahidə kameraları ilə nəzarət edilir. Əgər hər hansısa fakt aşkarlanarsa, cavabdeh şəxslər dərhal cəzalandırılacaq”.

Ticarət mərkəzində yoxlamaların aparılması ilə bağlı yayılan məlumatlara gəlincə isə M.Qədimov bildirib ki, bu barədə məlumatlar həqiqəti əks etdirmir: “Ticarət Mərkəzində heç bir yoxlamalar aparılmır. Mərkəz və onun rəhbərliyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda ticarət mərkəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və tövsiyyələrə uyğun olaraq dezinfeksiya işləri davam etdirilir, mərkəz fəaliyyətini bərpa etməsi üçün hazır vəziyyətə gətirilir”.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ