hemle

TİCARƏT MƏRKƏZLƏRİ NƏ VAXT AÇILACAQ?- RƏSMİ

Tarix:16-05-2020, 20:43
Baxış Sayı:622

Mayın 31-dək ölkədə böyük ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilmir.

ONN media xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədovun imzaladığı qərarda deyilir.

Qərara əsasən nəzdindəki ərzaq mağazaları, apteklər və müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin fəaliyyəti 31 may saat 00:00-a kimi dayandırılır.

Nazirlər Kabinetinin qərarında əyləncə məkanlarının da bağlı qalacağı bildirilir:

“İstirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti 31 may tarixinədək qadağandır”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı