hemle

“SƏDƏRƏK” TİCARƏT MƏRKƏZİ AÇILIR? — RƏSMİ

Tarix:30-07-2020, 20:50
Baxış Sayı:441

Pandemiya səbəbindən fəaliyyətini müvəqqəti dayandıran iri ticarət mərkəzləri yaxın günlərdə fəaliyyətini bərpa edə bilər.

ATESH,AZ saytı ONN media agentliyinə istinadən xəbər verir ki, “Sədərək” ticarət mərkəzində artıq təmir-bərpa işlərinə də başlanılıb. Lakin mağazalar açılsa belə, ticarət mərkəzlərində ümumi karantin rejimi qaydalarına əməl edilməsinə aidiyyəti qurumlar tərəfindən nəzarət olunacağı da gözləniləndir.

“Sədərək” ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimin sözlərinə görə, koronavirusa yoluxanların sayında son zamanlar azalmanın müşahidə olunması iri ticarət mərkəzlərinin açılacağına səbəb ola bilər:

“Bildiyiniz kimi, ölkəmizdə koronavirs pandemiyası ilə əlaqədar iri ticarət mərkəzləri bağlanıb. Lakin son vaxtlar virusa yoluxanların sayında azalmanın müşahidə olunması səbəbindən ticarət mərkəzləri, o cümlədən “Sədərək” ticarət mərkəzi açıla bilər. Hamımızın gözlədiyi bir haldır ki, mağazalar tezliklə açılsın. Çünki burada on minlərlə dükan və 30-40 minə qədər iş yeri var. Amma yenə də hər şey Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərərgahın qərarından asılıdır”.
Xatırladaq ki, avqustun 5-də 14 şəhər və rayonda sərt karantin rejimi başa çatır. Bu tarixdən hansı xidmət sahələrinə işləmək icazəsi veriləcəyi isə hələlik açıqlanmayıb.
ATESH,AZ

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ