hemle

TOPÇUBAŞOV VƏ TAĞIYEVİN NƏVƏSİ AZTV-DƏ – VİDEO

Tarix:17-09-2020, 23:47
Baxış Sayı:454

Azərbaycan Televiziyası “100 ilin adamı” layihəsinə start verib.

hemlemedia.az SAYTI xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Brend Media” şirkətinin hazırladığı verilişdə ötən yüzillikdə ölkəmizin ictimai-siyasi, iqtisadi, ədəbi və mədəni həyatında önəmli rol oynamış şəxsiyyətlərin həyatından bəhs ediləcək.

Layihənin müəllifi və aparıcısı “Addım” gənclər təşkilatının rəhbəri Hüseyn Cavadzadədir.

Layihə çərçivəsində yaradıcı qrup Almaniya, İtaliya, Polşa, Türkiyə, Rusiya və başqa ölkələrdə xüsusi çəkilişlər edib, Məhəmməd Əmin Rəsulzadə, Banin, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Fərman Salmanov, Robert Osseyn, Qurban Səid və onlarla məşhur azərbaycanlının irsini axtarıb.

Bundan başqa, layihənin komandası həmin şəxslərin varisləri ilə görüşüb, yaşadıqları məkanları ilk dəfə olaraq ekrana gətiriblər.

Layihənin sentyabrın sonunda Azərbaycan Televiziyasında yayımlanması nəzərdə tutulur.
hemlemedia.az

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir