hemle

"Azərişıq ASC" ti işçiləri necə istismar edir

Tarix:17-09-2020, 16:52
Baxış Sayı:564

Bildiyiniz kimi ölkədə işsizliyin səviyyəsi yüksək həddədir. Son dövrlər isə bu həddin daha da yüksəlməsinə səbəb olan amillərdən biri də dünyada və ölkəmizdə baş verən Covid -19 pandemiyası olmuşdur. Təbii ki,bu həssas və fövqəl halın yarandığı vaxtda bir sıra iş yerlərinin bağlanması və hətta bir neçə müəssisələrin tamamilə ləğv olunması ölkədə işsizliyin sayını ikiqat səviyyəyə gətirib çıxarmışdır. Yaranmış bu cür ağır dövrü özünə fürsət bilən bəzi şirkətlər tabeliyində olan işçi kollektivini normadan artıq iş saatı ilə yükləməklə yanaşı əksər vaxtlarda və hətta mütəmadi olaraq qeyri-iş günləri də işçiləri işləməyə məcbur edirlər. Bəli doğru bildiniz..!! Qeyri-iş günləri işçini işlətmək demək olar ki,onları istismar etməkdir.! Bəs görəsən bu cür hallar hansı idarə və müəssisələrdə baş verir?

Dəyərli "DogruXeber.az" informasiya agentliyinin izləyiciləri, bu gün sizlərin diqqətinə elə bir məlumatı çatdıracağıq ki,o məlumatların hər biri dəqiq və təsdiq olunmuş məlumatlardır. Əlbəttə ki,bu məlumatları bizə bildirən şəxs uzun illər sözügedən şirkətin məsul işçilərindən biri olmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki,qeyd edəcəyimiz məlumatdakı baş verən hallar,bu gün də davam etdirilir. Təbii ki,başlıqdan da bəllidir ki,söhbət "Azərişıq ASC"dən gedir. Bu şirkətdə bir çox nöqsanlar baş vermişdir,amma qeyd edəcəyimiz nöqsanlar isə səlahiyyətlərindən sui-istifadə etməkdən başqa bir şey deyildir. Şirkətin daxili qaydalarına görə işçilər həftənin 5 günü işdə olmalıdırlar və hətta bu iş günlərinin gəliş-gediş vaxtları da şirkət tərəfindən müəyyən olunmuş məlum vaxtlar (09:00-dan 18:00-dək) əsasında tərtib olunmuşdur.

Bəli,ilkin görünüşə görə tərtib olunmuş iş vaxtları əmək qanunvericiliyində nəzərdə tutulmuş normal iş rejimi olaraq görünür,amma real iş rejimində isə bu vaxt mexanizmi böyük bir fərqlə dəyişir. Dəyişdiyi zaman isə işçilərin əmək haqlarına heç bir təsiri olmur. Əlbəttə ki,çox uzatmadan bütün dəyişən fərqlərin hansı mahiyyət üzrə dəyişməsi və bu dəyişən fərqlərin kimə xeyiri və yaxud ziyanı olmaları barədə geniş məlumatları sizlərin diqqətinə çatdırmağa çalışacağıq. Belə ki,ilk olaraq "Azərişıq ASC"in rayonlar üzrə aparıcı mühəndisi, nəzarətçi mühəndis və elektrik montyorlarının iş rejimi və saat müddəti barədə məlumatları sizlərin diqqətinə çatdıraq. Bir qədər öncə qeyd etdiyimiz kimi normal iş saatı 09:00 və 18:00-a dək olduğu halda qeyd etdiyimiz işçilərin iş saatı hər gün işin sonunda bir saat yarım ya da ki iki saat uzadılır. Hətta bu saatın üç saatla əvəz olunduğu da xüsusi olaraq bildirilir. Yəni belə olduğu təqdirdə işçinin normal saatdan iki-üç saat artıq işləməsi müəyyən olunur. Bu isə əmək qanunvericiliyinin müvafiq maddələrinin tələblərinə zidd olan bir haldır.

Bu məsələnin bir tərəfi, keçək məsələnin ikinci tərəfinə. Yenə qeyd etdiyimiz kimi,iş günləri həftənin 5 günü müəyyən edildiyi halda, sözügedən şirkət aparıcı mühəndis,nəzarətçi mühəndis və elektrik montyorlarını altı bazar günləri işə çıxardıb və onları qeyri-qanuni olaraq çalışdırırlar. Nəzərinizə bir əsaslı məlumatı da çatdıraq ki,normal iş günləri səhər-səhər qeyd etdiyimiz işçilər hər rayon üzrə idarədə "tabel" deyilən sənədə hər gün səhər imza atıb işə çıxırlar. Amma altı,bazar günləri isə imza atdırmadan işçiləri çalışdırırlar. Bildiyimizə görə xarici şirkətlərdə çalışan hər bir işçiyə əlavə iş saatı üçün əmək haqqlarına ikiqat məbləğ əlavə edilir. Bu da işçinin könüllü işi qəbul etməsindən sonra həyata keçirilir. Amma görünür işsizliyin tüğyan etdiyi bir zamanı fürsət bilən "Azərişıq ASC"ti işçilərini "kölə" hesab edərək iş vaxtından əlavə olan saat dəyərlərini hesaba almamaqla yanaşı, hətta qeyri-iş günlərindən işlətdikləri iki günün haqqını da mənimsəyirlər.

Doğurdan da bir şirkət üçün utancverici bir haldır. İşçiyə bu qədər aşağı nəzər salmaq və onları bu qədər aşağılamaq həqiqətən də şirkət üçün ayıbdır. Hələ şirkətin ayıbları bununla da bitmir. Məlumatda bildirilir ki,bir işçi məzuniyyət götürüb istirahət etmək istəsə mütləq o verilən məzuniyyətin tən yarısı işçiyə nəsib olmur. Bilirsiniz nə üçün? Çünki,işçi şirkətin işə çıx əmrinə qarşı gələ bilməz ona görə,imtina etsə şirkət dərhal o işçini işdən kənarlaşdırar. Bu isə bildiyiniz kimi işsizliyin hökm sürdüyü dövrə təsadüf etdiyi üçün,bütün işçi kollektivi birmənalı olaraq şirkətin verdiyi hər bir qərara boyun əyməli və hətta verilən qərar qeyri-qanuni tələb belə olsa işçi bu tələbə boyun əyməyə məhkumdur. Unutmayaq ki,sözügedən şirkət dövlətin ən vacib və strateji səhmdar cəmiyyətlərindən biridir. Bu quruma rəhbərlik edən şəxs isə uzun illər boyu sözügedən şirkətdə sədr müavini vəzifəsini daşıyan Vüqar Cəbrayıl oğlu Əhmədovdur. Yəqin ki,bu şəxsi hərkəs yaxşı tanıyır,amma yeri gəlmişkən tanımayanlara da xatırladaq ki,təqdim etdiyimiz linkə toxunduqda bu şəxs haqqında kifayət qədər məlumat əldə edəcəklər.
http://dogruxeber.az/gundem/26720-azriq-asc-sdrin-aid-olan-irktlr.html
O ki qaldı hazırda sədr müavini vəzifəsində çalışan Ramil Yusifova onun da barəsində ötən buraxlışlarımızın birində qısa məlumat vermişdik. Təbii ki,həmin məlumatda da sədr müavini sadə vətəndaşdan tam fərqli olaraq elektrik enerjisindən mənzili üçün istifadə etməsi böyük diqqət cəlb etmişdir. Bu məsələ isə yerli sakinlər arasında böyük narazılığa səbəb olmuşdur. Əfsuslar olsun ki,sözügedən məsələ hələ də öz həllini tapmayıb və yerli sakinlər elektrik enerjisinin qeyri sabitliyindən əziyyət çəkirlər.
http://dogruxeber.az/gundem/26926-azriq-ascnin-frldan-mcburi-kknlr-nec-ifa-etdilr-vdeo.html
Gedişata diqqətlə nəzər saldıqda açıq-aydın şəkildə görmək olur ki,şirkətin rəhbər heyyəti şəxsi maraqlarından heç də geri qalmırlar. Bu isə məmur və sadə vətəndaş arasında olan böyük fərqin bariz nümunəsidir. Bu şirkətin "macera"ları yazmaqla bitib tükənməz. Odur ki,mətnin çoxluğunu nəzərə alaraq,məsələlərin qalan maraqlı tərəflərini növbəti buraxlışlarımızda diqqətinizə çatdıracağıq. Bizi izləyin...!!!

Digər xəbərlər
14:31 Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
14:23 Daha bir cərimənin məbləği artırıldı
13:32 Müxalifət geri çəkilmir: Gürcüstanda toqquşmalar davam edir
13:29 Bu şəxslərə ödənilən müavinətin məbləği artırılır
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti
08:44 İş və istirahət günlərinin yerləri dəyişdirildi
08:41 “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir?
08:33 Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı