Microsoft qlobal işçi qüvvəsini daha da azaltmaq planlarını açıqlayıb.
Bu məlumatı CNBC-yə açıqlama verən "Microsoft" nümayəndəsi təsdiqləyib.
O qedyd edib ki, şirkət 2025-ci ilin sonuna qədər ümumi qlobal işçi qüvvəsinin təxminən 3%-ni ixtisar etməyi planlaşdırır.
Qarşıdan gələn optimallaşdırma bütün səviyyələrdə və texnologiya nəhənginin fəaliyyət göstərdiyi bütün bölgələrdəki kadrlara təsir edəcək. Bu tədbirlərin oyun bölgüsünə nə dərəcədə təsir edəcəyi hələ aydın deyil.
Korporasiya əməkdaşı izah edib ki, ixtisarlar “dinamik bazarda uğurlu əməliyyatlar üçün tələb olunan təşkilati dəyişikliklərin edilməsi” zərurəti ilə bağlıdır.
2024-cü ilin iyun hesabatına görə, "Microsoft"un dünya üzrə 228.000 işçisi var idi. Beləliklə, bir neçə min işçi qarşıdan gələn ixtisarlardan təsirlənəcək. Şirkət qarşıdan gələn ixtisarların işçilərin fərdi fəaliyyət göstəriciləri ilə bağlı olmadığını vurğulayıb.
Bu ixtisar dalğası "Microsoft"un 10.000 iş yerini ləğv etdiyi 2023-cü ildən bəri ən böyük ixtisar dalğası olacaq.