Nəzərimizin daha çox işğal altında olan torpaqlarımıza kökləndiyi bir zamanda, dünyanı gözlənilmədən COVİD -19 tipli koronovirus bəlası bürüdü. Əfsuslar olsun ki, bu bəla bizim doğma Vətənimizin də qapısını döydü. Bu bəla bütün dünyada iqtisadi və səhiyyə sahəsində inkişaf etmiş ölkələrin belə pandemiya qarşısında aciz olduğunu göstərdi. Belə ki, pandemiyanın ilk günlərindən həmin ölkələrin və demək olar ki, əksər beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqınlığının və qeyri-müəyyənliyinin tamamilə şahidi olduq. Dünya baş verənlər qarşısında çarəsiz vəziyyətdə idi.
Lakin ağıılı və müdrik başlar anlayırdı ki, koronovirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Və bu baxımdan ilkin qabaqlayıcı tədbirlərin aparılması vacibdir.
Nəzərə alaq ki, bu bəlanın bütün sahələri cənginə alaraq onu məhv edə biləcəyi təhlükəsi olduğundan, bu işin nə qədər çətin və görüləcək işlərin bir o qədər çevik, koordinasiyalı aparılması üçün bütün sahələri əhatə edə biləcək müdrik qərarların qəbul olunması və qabaqlayıcı tədbirlərin görülməsi vacib idi .
Şükürlar olsun ki, mövcud vəziyyət Azərbaycan dövləti tərəfindən vaxtında və tam dəqiq dəyərləndirildi. Respublikamızda ilkin olaraq dünyanı bürüyən qeyri- müəyyənlik və özünə qapanmaya yol verilmədi. Azərbaycan xalqının öz dövlətinə və dövlət başçısına inamı cəmiyyətimizdə nəinki psixoloji şaşqınlıq və özünə qapanma yaratmadı, əksinə insanlarımız arasında böyük həmrəylik yaratdı. Bu isə qlobal bəlaya qarşı mübarizə aparmaq baxımından zənnimcə ən əsas amillərdən biri idi.
Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən dərhal Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığa başladı. Təşkilatın mütəxəssisləri Azərbaycana dəvət edildilər, onlar ölkəmizdə mövcud vəziyyətlə tanış olaraq görülmuş qabaqlayıcı tədbirləri yüksək dəyərləndirdilər, müvafiq tövsiyələrini verdilər ki, həmin tövsiyyələr də aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınırdı.
Qeyd etdiyimiz bu bəla inkişaf etdikcə yeni bəlaların baş verməsinin özəyinə çevrildi. Belə ki, bütün dünyada ölkələrin özünü izolyasiya etməsi iqtisadi vəziyyətə sarsıdıcı zərbələr endirdi. Bir tərəfdən də, dünya fond birjalarında müəyyən qədər çaşqınlıq, neft qiymətlərinin kəskin azalması, milli valyutanın dayanıqlığı, insanların sosial rifahı məsələsi, biznes sektorunun mövcud şəraitdə vəziyyəti, ölkədə yarana biləcək ərzaq qıtlığının aradan qaldırılması, tibbi ləvazimat və s. yaşam üçün ən vacib məsələlər qısa bir zaman kəsiyində öyrənildi
Eyni zamanda, özəl sektorun sosial məsuliyyət təşəbbüsləri ölkəmizin dayanıqlı inkişafının və cəmiyyətimizin rifahının qorunması üçün önəmliyi dəyərləndirilərək ardıcıl qabaqlayıcı ADDIMLAR atılmağa başlanıldı. Bu qabaqlayıcı ADDDIMLAR nəticəsində ölkə iqtisadiyyatının sabitliyinin davamlığının və xarici təsirlərə dayanıqlığının təmin edilməsi, iqtisadiyyatın inkişaf perspektivlərinin qorunması da prioritet istiqamətlərdən oldu.
Bu baxımdan cənab prezident İlham Əliyevin koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında
məlum Sərəncamını misal gətirmək olar. Və təbii ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması koronovirus pandemiyasına qarşı mübarizənin koordinasiyalı şəkildə aparılması üçün vaxtında yaradılmış idarəetmə qurumu oldu.
Eyni zamanda koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar əhalinin sosial müdafiəsi baxımından işsiz kimi qeydiyyatda olan şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi də çox mühüm əhəmiyyətli tədbirlərdəndir
Yüxarıda qeyd etdiyim kimi, ən vacib məsələlərdən biri də milli həmrəylik göstərməkdir. Dədə tariximizə nəzər salsaq görərik ki, Vətənin ağır vaxtında bütöv millət olaraq bir yerdə, həmrəy olduğumuz dönəmlərdə bizi heç kim məğlub edə bilməyib. Bu dəfə də tarixi zərurət elə yarandı ki, bu koronovirus bəlasında bütün bəşəriyyət savaş içində olduğu kimi Azərbaycan da bu savaşda yer aldı. Və bu savaşın digər savaşlardan əsas fərqi onda idi ki, hamı ön cəbhədədir.
Elə bu baxımdan zənnimcə ən vacib qərarlardan biri də, Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva bir illik əmək haqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdilər.
Bu xoş mərama demək olar ki, yeddidən yetmişə insanlarımız sevə- sevə qoşuldu. Və bu həmrəylik xalqımızın bir olaraq bu savaşda mücadiləsinə təminat verən amilin göstəricisi oldu.
Bəli, dövlətimiz güclü dövlətdir və güclü iqtisadi dayaqları var. Dövlət hər bir vətəndaşının yanında olmağa borcludur və olur da. Lakin bu çətin zamanda insanlarımızın bir olması eynilə bir mənəvi göstəricidir. Eyni zamanda əksər insanlarımız bir daha milli kimliyə, dini dəyərlərə bağlılıq nümayiş etdirərək adətən bir- birilə yaxşı mənada rəqabətə girərək imkansız, xəstə, ehtiyacı olanlara yardım etməyə başladılar. Sevindirici haldır ki, bu gün də bu proses davam edir.
Dövlətin vaxtında apardığı məqsədyönlü qabaqlayıcı tədbirləin müsbət göstəricisini statistik məlumatlara nəzər salsaq aydın görmək mümkündür. Dünyada əhalisinin sayca Azərbaycan qədər və ondan az olan ölkələr var ki, əksinə səhiyyə sektoru Azərbaycandan çox inkişaf etsə də, şükürlər olsun Tanrıya ki, Azərbaycandakı göstəricilər müqayisə edilməyəcək qədər müsbətə doğru qat-qat yüksəkdir. Təbii ki, bu elə görülən işlərin, tədbiq edilən qaydaların vaxtında və doğru olmasının əsas bariz nümunəsidir.
Azərbayan dövləti dünya dövlətlərinin əksəriyyətinin qeyri - müəyyən halda olduğu zaman nəinki, özünü itirmədi, əksinə öz vətəndaşlarımızı düşünməklə yanaşı dədə kökdən, milli kimlikdən irəli gələn darda olana əl uzatmağı da unutmadı. Belə ki, Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırdı və ustad Şəhriyar ruhundan nigaran qaldığımız qardaşlarımız üçün də narahat olduğumuz bir dönəmdə dövlətim İran İslam Respublikasına beş milyon dollar humanitar yardım göstərdi. Dünya siyasi idarəetmə institutuna bir master klass kimi dəyərləndirdiyim Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının üzv ölkələrinin liderləri arasında COVID-19 virusuna qarşı birgə tədbirlərə dair onlayn müzakirənin aparılması bir daha göstərdi ki, biz bir yerdə güclü və yenilməz olarıq!
Və unutmayaq, İtaliyada 5 gün xəstəxanada müalicə alaraq sağalıb evinə buraxılan 92 yaşlı bir xanımdan hər günə 5000 avro tələb edən xəstəxanada dediyi ibrətamiz sözü:" Tanrım necə də naşükür olmuşam, 92 il yaşatdın bir gün məndən yaşatdığın üçün pul almadın".
Bəli hər birimiz Vətənimizin və Dövlətimizin yanında olmalıyıq! Olmalıyıq ki, VƏTƏN DAİMA VAR OLSUN! QARŞIDA BİZİ QARABAĞ GÖZLƏYİR!
Cavid İsmayıl
Turan Araşdıma Mərkəzinin sədr müavini,
iqtisadçı alim, hüquqşunas.
Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.