hemle

Rəsulzadənin real görüntüləri nümayiş olunacaq - Video

Tarix:15-09-2020, 18:09
Baxış Sayı:373

Qafqaz İslam Ordusu ilə bağlı sənədli film təqdim olunacaq. Azərbaycan Televiziyasında Qafqaz İslam Ordusunun Bakı zəfəri ilə bağlı sənədli filmin premyerası oldu.

Kulis.az xəbər verir ki, “Qafqaz İslam Ordusu” adlı sənədli film bu gün, yəni sentyabrın 14-ü saat 21:30-da yayımlandı.

Sənədli filmdə tarixi hadisələrin bəziləri obrazlı formada nümayiş olunacaq. Filmdə real görüntülərdən də istifadə olunub. Belə ki, “Qafqaz İslam Ordusu”nda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin də real görüntüləri yer alıb. Bu görüntülər ilk dəfə AzTV-nin “Tarixin izi ilə” verilişində yayımlanıb.

Sənədli filmi AzTV-nin ictimai-siyasi proqramlar redaksiyasının “Tarix” şöbəsi hazırlayıb.

“Qafqaz İslam Ordusu” nun ssenari müəllifi Mahir Qəribov, rejissoru Mehparə Nəcəfova, layihə rəhbəri isə Sərvər Bayramovdur.

Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir