hemle

DAHA BİR ƏMƏKDAŞI ATV-Nİ TƏRK ETDİ

Tarix:15-09-2020, 17:25
Baxış Sayı:437

“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin (ATV) daha bir əməkdaşı kanalla yollarını ayırıb.

ATESH,AZ saytı xəbər verir ki, telekanalın “İctimai-siyasi verilişlər” Departamentinin əməkdaşı, “ATV xəbər”in müxbiri Elvin Dəmirli işdən ayrılıb. O, bu barədə öz “Facebook” səhifəsində məlumat verərək, iş yerindən öz istəyi ilə ayrıldığını qeyd edib.

“Bu da son. Bu sözləri yazmaq mənə çətin gəlsə də, deməliyəm ki, öz istəyimlə 10 ildən artıq çalışdığım ATV Telekanalı, ATV XƏBƏR kollektivi ilə yollarımı ayırdım. Məni tanıyanlar bilir ki, bu müddət ərzində “ATV XƏBƏR”in inkişafı üçün bacardığım, əlimdən gələn hər şeyi etdim. Günümün xeyli hissəsini keçirdiyim ATV mənə yaxşı dostlar qazanmaqda, əlaqələri inkişaf etdirməkdə çox kömək oldu. Neynəmək olar, qismət belə imiş. Orada bir vaxtlar çalışmış, indi isə müxtəlif vəzifələrdə işləyən və mənim jurnalist kimi yetişməyimdə dəstək olan, eyni zamanda hazırda da ATV-də çalışan hər kəsə, həmkarlarıma sonsuz təşəkkürümü bildirirəm. Haqqınızı Halal edin.

Bu gündən etibarən isə fəaliyyətimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Maarifləndirmə sektorunda davam etdirəcəyəm. Yeni iş yerimdə də bacarığımın ən yaxşısını etməyə çalışacağam. Əziz jurnalist həmkarlarım və dostlar. Qurumun fəaliyyəti ilə bağlı suallarınız olarsa, cavablandırmağa hazırıq. Göstərəcəyiniz dəstək üçün hər birinizə sonsuz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, bundan əvvəl tanınmış aparıcı Lalə Azərtaş da ATV-dəki işindən ayrılıb.

Digər xəbərlər
14:23 Daha bir cərimənin məbləği artırıldı
13:32 Müxalifət geri çəkilmir: Gürcüstanda toqquşmalar davam edir
13:29 Bu şəxslərə ödənilən müavinətin məbləği artırılır
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti
08:44 İş və istirahət günlərinin yerləri dəyişdirildi
08:41 “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir?
08:33 Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı
08:28 18-ci əsrdə tüğyan edən xəstəlik bu ölkəni CƏNGİNƏ ALDI