hemle

Azərbaycanda 2 ay sonra qadağa qüvvəyə minir - Evlənənlərin sayı artdı

Tarix:Bu gün, 10:33
Baxış Sayı:501

Evlənənlərin sayında ötən illə müqayisədə artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-fevral aylarında 6 739 nikah qeydə alınmışdısa, bu ilin eyni dövründə 7741 nikah və 3414 boşanma qeydə alınıb.

Bununla bağlı açıqlama verən sosioloq Üzeyir Şəfiyev uzun illərdən sonra nikah sayında qeydə alınan artımı qohum evliliyinə qoyulan qadağa ilə əlaqələndirib.

Çünki Azərbaycanda qohumlar arasında nikah bağlanması 2 ay sonra qadağan olunur. Nikahların qısa müddətdə artmasında bu qadağanın da təsirinin olduğu iddia edilir.

Millət vəkili Mehriban Vəliyeva isə bildirib ki, bu artımın qohum evlilikləri ilə bağlı olub-olmadığını qadağa qüvvəyə mindikdən sonra daha aydın bilmək mümkün olacaq. Əgər buna görədirsə, qadağa qüvvəyə mindikdən sonra nikah sayında azalma baş verəcək.

Qeyd edək ki, Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqlənib. Qadağa iyulun 1-dən qüvvəyə minəcək.

Digər xəbərlər
10:35 Bakıda IATA-nın Aviasiya Enerji Forumu işə başladı
10:33 Azərbaycanda 2 ay sonra qadağa qüvvəyə minir - Evlənənlərin sayı artdı
10:29 Paşinyan razılaşıb: Qazaxın anklav olan kəndi bu tarixdə qaytarılacaq
10:26 Bu şəxslərin pulu karta geri qaytarılacaq - SƏBƏB
10:14 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
10:09 Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
10:06 İstanbulda yenə zəlzələ oldu
10:01 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?