hemle

Bu şəxslərin pulu karta geri qaytarılacaq - SƏBƏB

Tarix:Bu gün, 10:26
Baxış Sayı:441

Marketlərdə alış-veriş zamanı post-terminal vasitəsilə vətəndaş tərəfindən səhvən ödənilən məbləğin geri qaytarılması məsələsi bəzən suallar doğurur. 

Belə hallar qanunvericiliyə və bank prosedurlarına uyğun olaraq istehlakçının xeyrinə həll edilməlidir.

Əgər vətəndaşın kartından səhv məbləğ tutulubsa və ya mal və ya xidmət almadan ödəniş edilibsə, həmin vəsaitin geri qaytarılması hüququ vardır. Bu halda vətəndaş ödəməyə dair çek, bank çıxarışı və ya terminal məlumatları kimi sübutedici sənədlərlə marketə müraciət etməlidir.

Market faktı təsdiqlədikdən sonra ödənilmiş məbləğ nağd şəkildə və ya bank hesabına geri qaytarıla bilər. Kartla aparılan əməliyyatlar zamanı isə "reverse" və ya "refund" adlanan bank prosedurları vasitəsilə vəsaitin geri qaytarılması mümkündür. Bu proses, adətən, 1-3 iş günü ərzində baş verir.

Əgər market vətəndaşın müraciətini nəzərə almazsa və vəsaiti geri qaytarmasa, alıcı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Banklar Assosiasiyasına, həmçinin müvafiq bank və Maliyyə Ombudsmanına şikayət edə bilər.

Qanunvericiliyə əsasən, istehlakçı hüquqları pozulduqda vətəndaşın maddi zərəri qarşılanmalıdır. Belə hallarda vətəndaşların hüquqlarını bilməsi və sənədlərlə hərəkət etməsi vacibdir.

Digər xəbərlər
10:35 Bakıda IATA-nın Aviasiya Enerji Forumu işə başladı
10:33 Azərbaycanda 2 ay sonra qadağa qüvvəyə minir - Evlənənlərin sayı artdı
10:29 Paşinyan razılaşıb: Qazaxın anklav olan kəndi bu tarixdə qaytarılacaq
10:26 Bu şəxslərin pulu karta geri qaytarılacaq - SƏBƏB
10:14 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
10:09 Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
10:06 İstanbulda yenə zəlzələ oldu
10:01 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?