hemle

Ev alanlara ƏDV necə qaytarılacaq? - Deputatdan İZAH

Tarix:26-05-2022, 14:28
Baxış Sayı:198

ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyri-yaşayış əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, hazırda əmlak satışı nağdsız, yəni, banklar vasitəsilə həyata keçirilir.

"Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək. Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsinə bonus olaraq ona geri qayıdacaq. ƏDV-nin geri qaytarılması əmlakın dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Əmlakın alınması üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlak sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür".

Deputat bildirib ki, qaydalara əsasən, alıcı eyni binadan bir və ya bir neçə əmlak aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir:

"Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı əmlak sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan əmlak sahəsi əsas götürülür. Yəni, vətəndaş eyni binadan fərqli qiymətə 3 mənzil alıb. Qiymətlər fərqli olduğundan ödənilən ƏDV məbləği də dəyişir. Məsələn, bir mənzil üzrə ƏDV məbləği 50 min, digəri üzrə 55, sonuncu üzrə 60 min manat olub. Bu zaman ƏDV ödənilməsi 60 min manata əsasən həyata keçiriləcək".

Ev alanlara ƏDV necə qaytarılacaq? - Deputatdan İZAH

"Mütənasib ödənilmiş ƏDV-ə hesablanmanın mahiyyəti ondan ibarətdir ki, əgər vətəndaşın aldığı əmlakın sahəsi 600 kvadratmetrdirsə, o zaman onun 500 kvadratmetrinə görə ödədiyi məbləğə əsasən ƏDV nəzərə alınır və geri qaytarılır. Bu zaman alınan əmlakın 1 kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır. Məsələn, 600 min kvadratmetr sahəsi olan əmlaka 900 min manat ödənilibsə, bu o deməkdir ki, əmlakın 1 kvadratmetrinin qiyməti 1500 manatdır. Bu zaman 750 000 manatlıq hissəsinin ƏDV-si hesablanır (18.0 %) və həmin məbləğin 30 faizi alıcıya qaytarılır. Əmlakın alınmasına görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində qaytarılacaq", deyə V.Bayramov vurğulayıb.

Digər xəbərlər
20:44 Metrodan istifadə edənlərə xoş xəbər: Yenilənəcək...
20:41 ABŞ kəşfiyyatının yeni rəhbəri: Qarabağa qanunsuz səfər edib, Ukraynanın “qara siyahı”sındadır
20:34 Ermənistan səfiri Lavrovun görüşünə getdi: İrəvanın KTMT ilə bağlı mövqeyi dəyişib?
20:27 Rəsmi Bakıdan Ermənistana: bu bəyanatların heç bir hüquqi əsası yoxdur
20:23 Bu ölkələr Bakıda iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə imzaladılar
20:10 Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi ilə görüşdü
20:06 Gecələr yata bilmirsiniz? - Bu üsulla elə yuxuya gedəcəksiniz ki...
15:13 Rusiya ordusu bu kəndi də tutdu