hemle

ATV-də "yarpaq tökümü" — Daha bir jurnalist kanalı tərk etdi (FOTO)

Tarix:22-06-2020, 18:23
Baxış Sayı:472

“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin (ATV) "Xəbərlər" Departamentinin daha bir jurnalisti telekanaldakı fəaliyyətinə son verib. Jurnalist Səbuhi Turan 8 il çalışdığı "ATV Xəbər"dən ayrıldığını açıqlayıb.

hemlemedia.az saytı Demokrat.az saytına istinadən xəbər gverir ki, bu barədə jurnalistin özü məlumat verib.

S.Turan, bundan sonra fəaliyyətini SOCAR-ın Təhlükəsizlik İdarəsində rəis müşaviri kimi davam etdirəcəyini bildirib:

"Dostlar, 8 il çalışdığım ATV kanalından ayrıldım. Bir çox uğurlara imza atdığımız ATV Xəbər kollektivi hər zaman mənim üçün doğma olacaq. Ən bacarıqlı tele-jurnalistlər ilə bir yerdə çalışdığım üçün qürur duyuram. Bundan sonra SOCAR-ın Təhlükəsizlik İdarəsində rəisin müşaviri olaraq yenə də mediadakı dostlar ilə sıx əməkdaşlıq edəcəyik. Hər birinizə uğurlar!"

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ