hemle

Ramila Saitova erməni ekspansiyasına qarşı aclığa başladı

Tarix:9-09-2020, 22:25
Baxış Sayı:955

ATESH,AZ saytı Fedai.az saytına istinadən yayımladı
Cabarov və Avetisyan adlı iki şəxs mənim barəmdə prokurorluğa şikayət edib. Onlar bəyanatda videonun məzmununda ermənilərin təhqir edildiyini bildiriblər. Avetisyanı “Vahid Rusiya” fraksiyasının rəhbəri Rüstəm İşmuxametov dəstəkləyib.

Bunu Axar.az-a Başqırdıstanda ermənilərin hökmranlığına və özbaşınalığına qarşı çıxan ufalı ictimai fəal və bloger Ramila Saitova həbs edilməsi ilə bağlı danışarkən deyib.


Onun sözlərinə görə, Cabarov və Avetisyan zərərçəkmiş kimi təqdim olunur, lakin icraçı tərəf bunu qəbul etməyib və onları çağırmayıb:

“Zərərçəkmişin gəlmədiyi məhkəmə isə etibarsız sayılır. Mübarizəmin qarşısını almaq istəyənlər olub, indi də var. Təbii ki, bunlar videolarımda həyasızlıqları barədə dəfələrlə bəhs etdiyim insanlardır”.

R.Saitova qeyd edib ki, həbsdə ona hörmətlə yanaşırlar, lakin 10 gündən sonra sərbəst buraxılmama təhlükəsi var:

“Bu, ümumi qəbul edilmiş bir təcrübədir, 10 gün həbs müddəti ərzində bəzi başqa inzibati və ya cinayət işləri qaldırılır və nəticədə sərbəst buraxılmırsan.

Aclıq aksiyası davam edir. Bilirəm ki, 30 gün aclığa tab gətirəcəyəm, amma bunun ölümlə sonlanacağını düşünürəm. Bu, azadlıq və ölüm şüarıdır. Özümü yaxşı hiss etmirəm, amma aclıq aksiyasını dayandırmaq fikrində deyiləm. Azadlıq və ya ölüm!”

Bu ilin iyul ayında Saitova Yutub kanalında “Başqırdıstanda bu qədər erməni hardandır?” başlığı ilə bir video yayımlayıb. Sosial şəbəkələrdə videonun yaratdığı rezonansdan sonra blogerə təhdidlər ünvanlanıb, bir müddət sonra isə rəhbər vəzifələri ermənilərə məxsus olan məhkəməyə çağırılıb. O, 10 gün müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə qərarını qərəzli hesab edən Ramila Saitova Başqırdıstanda ermənilərin hökmranlığına və özbaşınalığına qarşı aclıq aksiyasına start verib.


atırladaq ki, qardaş Başqırdstanda baş verən erməni ekspansiyası barədə dəfələrlə yazılar vermişik. Erməni mafiyasının bir gəlini Xabirova sırımaqla, ölkəni necə talan etdiklərini və Azərbaycanda ən azı 100 min belə gəlin olduğunu dəfələrlə yazmışdıq. Biz Ramila xanımın haqq davasının yanında olmalıyıq və həm də öz günümüzə də nəzər salmalıyıq. Bizim ölkəni talan etdirən gəlinləri ortaya çıxarmalıyıq…

Video: Erməni Davıdovun (yan) çıxışına diqqət edin
ATESH,AZ

Digər xəbərlər
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti
08:44 İş və istirahət günlərinin yerləri dəyişdirildi
08:41 “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir?
08:33 Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı
08:28 18-ci əsrdə tüğyan edən xəstəlik bu ölkəni CƏNGİNƏ ALDI
08:25 Tibbdə İNQİLAB - Virusları tutmaq mümkün oldu
08:22 Gündüz yuxusu olduqca FAYDALI İMİŞ - "Amma 30 dəqiqədən çox yatsanız..."
19:48 İnfarktı əngəlləməyin sadə yolu....