hemle

Qarabağ Rusiyaya birləşdirilsin

Tarix:12-11-2018, 12:58
Baxış Sayı:640

Həll olunmamış münaqişələrin yalnız bir həll yolu var: milli sərhədləri qorumaqla, Rusiya ilə federasiyada birləşmək.

Bunu Rusiya Dövlət Dumasının deputatı, LDPR fraksiyasının rəhbəri Vladimir Jirinovski Report-a verdiyi müsahibəsində həll olunmamış regional münaqişələrdən danışarkən belə deyib:

"Həll olunmayan problemlər barədə danışırıqsa, bu, Dağlıq Qarabağdır. Bu münaqişə, demək olar, 30 ildir qalır. Təəssüf ki, bu, postsovet məkanında millətlərarası münaqişənin müharibəyə səbəb olduğu yeganə region deyil. Ukrayna, Gürcüstan, Mərkəzi Asiya ölkələri - hər yerdə oxşar problemlər var.

Yalnız bir həll yolu var: milli sərhədləri qorumaqla, Rusiya ilə federasiyada birləşmək. Əlbəttə ki, yalnız könüllü qaydada, referendum yolu ilə. Yalnız vahid dövlət çərçivəsində biz bu cür anlaşılmazlıqları aradan qaldıra bilərik, daha kimsə başqasının onun torpağını işğal etdiyinə görə narahat olmayacaq, bütün bunlar ümumi olacaq".

Azər Azadzadə Atəs

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?