hemle

Hüquqi yardım almaq daha da asanlaşdı

Tarix:3-09-2020, 14:54
Baxış Sayı:824

“Mirzəyev və partnyorları” Vəkil Bürosu ilə "E-HUQUQ" MMC birgə layihəyə start verib.

ATSH.AZ xəbər verir. Belə ki, razılaşmaya əsasən www.e-huquq.az saytında yaradılan yeni bölmə vasitəsilə vəkil və hüquqşünaslardan ibarət komanda fiziki və hüquqi şəxslərə onlayn hüquqi xidmət göstərəcək.

Hüquq elmləri üzrə fəlsəfə doktoru, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyev bildirib ki, yeni layihə vətəndaşlara qısa vaxtda keyfiyyətli və operativ şəkildə hüquqi xidmətin göstərilməsinə şərait yaradacaq. Onun sözlərinə görə, layihə çərçivəsində aztəminatlı ailələrə, məcburi köçkünlərə, şəhid ailələrinə, Qarabağ qazilərinə, veteranlara, əlillərə, hərbçilərə və onların ailə üzvlərinə pulsuz hüquqi yardım göstəriləcək: "Bu addım cənab Prezident İlham Əliyevin məhkəmə-hüquq və sosial sahədə apardığı islahatlara dəstək məqsədi daşıyır. Hesab edirəm ki, bu layihə vətəndaşların keyfiyyətli hüquqi yardım almasına imkan yaratmaqla yanaşı, eyni zamanda hüquqi xidmətin əlçatanlığını təmin edəcək".

Qeyd edək ki, oxucular www.e-huquq.az saytında "Hüquqi yardım" bölməsinə daxil olaraq, vəkillərlə əlaqə qura bilərlər. Bölmədə “Mirzəyev və partnyorları” Vəkil Bürosunda çalışan vəkillərin "WhatsApp" və elektron poçt ünvanı müvafiq olaraq yerləşdirilib. Oxucuların nəzərinə çatdırırıq ki, şikayət və təkliflərlə bağlı layihənin koordinatoru Şaiq Mirzəyevə müraciət edə bilərlər. ATSH .AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir