hemle

AZƏRBAYCAN 19 MƏHBUSU İRANA TƏHVİL VERDİ – RƏSMİ

Tarix:27-05-2020, 18:53
Baxış Sayı:395

Ədliyyə Nazirliyi səmərəli beynəlxalq əməkdaşlıq həyata keçirir.
Bu barədə ONN media-ya Ədliyyə Nazirliyi Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi hüquqi islahatlar çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir.
Belə ki, Nazirlik 40 ikitərəfli müqavilələrin, o cümlədən cinayət və mülki işlər üzrə hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi üzrə öhdəliklərin icrasını həyata keçirir, 33 ölkənin ədliyyə nazirlikləri ilə ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edir, 17 çoxtərəfli konvensiya üzrə isə səlahiyyətli orqan qismində çıxış edir.
Bunun nəticəsində beynəlxalq hüquqi yardımla bağlı Nazirliyə daxil olan sorğuların sayı dəfələrlə artaraq ötən ildə 20 minə çatıb.
Beynəlxalq hüquq əməkdaşlıq çərçivəsində məhkumların verilməsi sahəsində işin dairəsi də genişlənib. Belə ki, bir sıra dövlətlərlə, o cümlədən Rusiya, Ukrayna, Litva, İran, Pakistan və Çin ilə bu sahədə müqavilələr bağlanılıb, eləcə də dövlətimiz Avropa və MDB-nin müvafiq konvensiyalarının iştirakçısıdır. Həmin sənədlər əcnəbi məhkumların cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşı olduqları ölkələrə verilməsini təsbit etməklə onların hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Son 5 il ərzində Ədliyyə Nazirliyi tərəfindən 161 əcnəbi məhkumun təhvil verilməsinə, xaricdə cəza çəkən 143 soydaşımızın isə Azərbaycana gətirilməsinə nail olunub. Bu tədbirlər, ilk növbədə, məhkumların və onların ailə üzvlərinin mənafelərinin təmin olunmasına, vətəndaşlarımızın ailələrinə yaxın ərazidə cəza çəkmələrinə, yaxınları ilə görüşmək imkanlarının asanlaşdırmasına və sosial adaptasiyasına kömək etməklə həmin məhkumların islah olunaraq sonradan cəmiyyətə normal qovuşmasına xidmət edir.
Azərbaycan və İran ədliyyə nazirlikləri arasında hüquqi sahədə həyata keçirilən səmərəli əməkdaşlıq çərçivəsində mübarək Ramazan bayramı qeyd olunduğu günlərdə – mayın 27-də ölkəmizdə cəza çəkən 19 nəfər iranlı məhkum xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə öz ölkəsinə təhvil verilib.
Ədliyyə Nazirliyi beynəlxalq hüquq əməkdaşlığın dərinləşdirilməsi istiqamətində bundan sonra da lazımi tədbirləri davam etdirəcəkdir.
ONN İnformasiya Agentliyi

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı