hemle

Hüquqşünas: Əli İbrahimov belə yazır!

Tarix:28-04-2020, 19:47
Baxış Sayı:770

Hüquqşünas: Əli İbrahimov Uğurla start verilən islahatlar Azərbaycan Ədliyyəsinə xalqın inamını daha da artırır. Azərbaycan dövlətinin mühüm tərkib hissəsi olan Azərbaycan Ədliyyəsi 1993-cü ildən - Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlamışdır. Yalnız bundan sonra Azərbaycan Ədliyyəsində yeni mərhələyə start verilmişdir. Hələ Sovet dövründə Ədliyyə sahəsinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verən ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra da bu məsələdə prinsipial mövqe nümayiş etdirdi. Ədliyyə sahəsində islahatların aparılması, bu sahədə beynəlxalq əlaqələrin qurulması və gücləndirilməsi sözügedən sahədəki yeniliklərin əsas tərkib hissəsi idi. Bundan başqa uzaqgörən siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda savadlı zabit kadr potensialı yetişib və yetişməkdədir. Çətinlikləri arxada qoyan Azərbaycan Ədliyyəsi bu gün savadlı kadr potensialına və müasir standartlara uyğun infrastruktura malikdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş quruculq siyasəti bu gün Ali Baş Komandan İlham Əliyev tərəfizər ndən uğurla davam etdirilir. Qürür hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda Avropa standartlarına tam cavab verən, müasir tipli cəzaçəkmə müəssisələrinin fəaliyyət göstərməsi, eyni zamanda bu tip müəssisələrin Azərbaycanın bölgələrində tikintisinin davam etdirilməsi, Azərbaycanın bir cox rayon və şəhərlərdə yeni Məhkəmə kompleksləri və rayon üzrə məhkəmələrin inzibati binalarının tikilərək istifadəyə verilməsi, Ali Baş Komandan İlham Əliyevin bu sahəyə diqqətin hansı səviyyədə olmasından xəbər verir. Müasir dünya təcrübəsindən əldə olunan yeniliklərin tətbiqi, qanunvericiliyin təkmilləşdirilməsi, ictimaiyyətlə işin aparılması, gənc hüquqşünasların Ədliyyə sahəsinə xidmətə qəbul edilməsi istiqamətində vacib işlər görülərək, bütün sahələr yenidən formalaşıb, onların fəaliyyəti yeni dövrə uyğunlaşdırılmışdır. Bütün bunlar Azərbaycan dövlətinin əsas prioritetlərini təşkil edir.

Azər Hacıbəyli.

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?