hemle

“Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi “Hüquq mədəniyyəti” adlı təlimini keçirmişdir.

Tarix:20-12-2016, 23:03
Baxış Sayı:722

“Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi 18.12.2016-cı il tarixində, Bakı şəhərində “Hüquq mədəniyyəti” adlı təlimini keçirmişdir.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
“Hüquqi dövlətin inkişafında hüquq mədəniyyətinin rolu mövzusundə tədbirlərin təşkili” layihəsinin əsas məqsədi vətəndaşlara qayda-qanunlara əməl etmək vərdişini aşılamaq və insanların qanunazidd əməllərdən uzaq olmasına təsir etmək, eləcə də, hüquqlarını bilən və onlara əməl edən vətəndaşlar yetişdirməkdir.
Azərbaycan kulturoloqu, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin sədri, daimi fəaliyyət göstərən “Mədəniyyət və cəmiyyət” elmi seminarının elmi rəhbəri Fuad Məmmədov tərəfindən keçirilmiş təlimin mövzuları aşağıdakılardır:
• Mədəniyyət, sivilizasiya və dövlət haqqında anlayış
• Hüquqi dövlətin idarəolunmasında hüquqi və etik mədəniyyətin rolu
• İşgüzar oyun “Səadət formulu”
Qeyd edək ki, təlim, beynəlxalq standartlara cavab verən, ən müasir sistemli kulturoloji yanaşma əsasında qurulmuşdur.
Təlimin sonunda iştirakçılar şəhadətnamə ilə təltif olunmuşdur.


Digər xəbərlər
09:28 300 minə yaxın insanın Məkkəyə girişi QADAĞAN EDİLDİ
09:25 Pensiya yaşına görə G20 REKORDU MÜƏYYƏNLƏŞDİ
09:19 Azərbaycanda bu telekanalın yayımı dayandırıldı
09:16 Əhaliyə XƏBƏRDARLIQ: 1000 kilometr sürətlə YERƏ YAXINLAŞIR
09:12 Alça yedikdən sonra bunlara diqqət edin
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...