hemle

Təhsil Xalqın gələcəyidir!!! Təhsilə dəstək verilməlidir.

Tarix:2-09-2020, 18:38
Baxış Sayı:513

Təhsillə bağlı Təhsil Nazirliyinə müraciət və təkliflər!!!
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Online təhsil sisteminin tətbiqi zamanı ortaya çıxan problemlərin həlinə köməklik etmək üçün təkliflərini nəzərinizə çatdırırıq. Təşkilatımızın təhsil məsələri üzrə sədr müavini Dillər Univesitetinin dossenti Hacıyeva Həqiqət və gənclərlə iş bölümüm tələbə heyyətinin birlikdə müzakirəsi nəticəsində aşağıdaki təkliflər formalaşdmışıq.
Təhsil sisteminin işinin şəffaflığı, müəllimlərin şagirdlərə gəlir mənbəyi kimi baxaraq evlərdə pullu şəkildə fərdi dərs keçərək təhsil vermələrinin qarşısının alınması ümumilikdə təhsildə olan problemlərin əksəriyyətinin həlli üçün ən əhəmiyyətli məsələdir. Təhsilin səviyyəsinin yüksəldilməsi təhsilimizin xilasıdır.
Müəllimin tələbəsi və ya şagirdi ilə qarşılıqlı anlaşma və ümumi təmasın yaradılması üçün sosial məsafəni qorumaqla əyani dərslərin keçirilməsi keyfiyyətili təhsilin yeganə düzgün yol olduğunu hesab edirik. Lakin Korona virus pandemiyasının yaratdığı problemlərin fonunda online təhsil verilməsi artıq məcburi həyat normasına çevrildiyi üçün online təhsil sistemindən istifadəyə şərait yaradılmalıdır. Korona virus pandemiyası ilə əlaqədar canlı təmasın insan sağlamlığına zərər verə biləcəyini nəzərə alaraq Online təhsil sisteminin tətbiqini məcburi, vacib hesab edirik. Bu sistemdə tələbə və şagirdlərin dərslərə ciddi münasibətinin yaradılması dərsin keyfiyyətinin yülsəldilməsinin əsasını təşkil edir.
Online təhsil zamanı dünyanın bir çox ölkələri kimi Azərbaycanda da problemlər mövcuddur. Online təhsil sisteminin tətbiqi zamanı qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına ictimai dəstək məqsədi ilə bütün cəmiyyətin bvirgə fəaliyyəti vacibdir.
Birinci siniflərdə Online təhsilin heç bir effekti olmayacaq!!! Çünki şagirdlərin davamlı oturub kompyuterlə dərs keçməsinə adət etməsi uzun zaman mümkünsüz olacaq. Müəllimlər şagirdlərin əlindən tutub hərfləri yazdırmasını hamınmız bilirik. Kiçik yaşlı məktəblilər drs zamanı çoxsaylı problemlər yaradırlar. Online təhsildə belə problemlərin aradan qaldırılması mükün deyil.

1. Ölkədə təhsil probleminin həll edilməsi üçün Təhsil Nazirliyi ilə ixtisaslaşmış QHT-lər arasında ciddi əməkdaşlığın yaradılıması çox vacibdir.
2. Müəllimlərin əmək haqlarının yüksəldilməsi
3. Tələbələrin təhsil haqlarının ödənilməsinə yenidən baxılaraq, pandemiyanın insanların sosial vəziyyətlərinə vurduğu maddi zərərə uyğunlaşdırılması.
4. Mərkəzləşmiş serverlə müəllimlərin dərsinə nəzarətin təşkili.
Davamlı olaraq kompyuter qarşısında oturub məşğul olmaq uşaq və yeniyetmələrin sağlamlığına ciddi şəkildə mənfi təsirin aradan qaldırılması üçün televiziyalarda mütəmadi olaraq həkimlərin məsləhətlərindən ibarət verlişlər təşkil edilməlidir.

5. Online təhsil zamanı tələbə və şagirdlərin əksəriyyəti dəsrlərdə iştirak etməkdən də imtina edirlər. Dərsə davamiyyətin idarə edilməsidə çətinləşir. Bunun üçün maarifləndirici tədbirlər həyata keçirilməlidir. Tələbə və şagirdlərin dərslərə ciddi münasibətinin yaradılması dərsin keyfiyyətinin əsasını təşkil edir.
6. Hər ailənin internet paketi almasına maddi durumu yol vermədiyi üçün Online dərslərdə iştirak etməsi mümkün olmur. Tədris zamanı internetin kəsilməsi danışıq əlaqələrinin tez-tez kəsilməsi fikirlərin yayınmasına dərsin keyifiyyətinin aşağı düşməsinə, anlaşılmazlığa gətirib çıxarır.
7. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bölgələrdə sürətli internet xətlərinin çəkilməsi məsələsinin həll edilməsi tapşırığı verilməlidir.
8. Eyni zamanda hər bir təhsil ocağı da tələbə və şagirdlərinə distant təhsillin verilməsi ilə bağlı problemlərin aradan qaldırılmasına dəstək verməyi özünün vəzifəsi hesab etməlidir. Belə olduğu halda problemlər müəyyən formada həllini tapmış olar
9. Təhsil Nazirliyi ilə əməkdaşlıq səviyysəində təhsil müəsisələri müxtəlif QHT-lət və müəsisələr arasında bölüşdürülərək şagirdlərin internet problemlərinin həllinə maddi və digər köməkliklər edilməlidir.
10. Azərbaycan televiziya məkanının da imkanlarından geniş şəkildə istifadə etməklə Online təhsil verilməsinə köməklik edilə bilər. Belə ki, hazırda sputniklə yayımlanan televiziyaların hər biri Online təhsilə dəstək verilməsi məqsədi ilə günü müxtəlif saatlarında televiziyalarda dərslərin keçirilməsini proqramlarına daxil etməlidirlər.
11. Biz QHT sektoru olaraq Təhsil Nazirliyi ilə müzakirələr edərək əsasən rayonlarda yaşayan tələbə və şagirdlərin Online təhsillə təmin edilməsinə dəstək verə bilərik.
12. Təhsil Nazirliyi ilə birgə müzakirələr nəticəsində qəbul edilmiş Online təsilin aparılması qaydalarının təbliği və tətbiqinin manitorinqinin ararılmasını həyata keçirilməlidir.
13. Bütün evlərdə internet olmasada bir birinə yaxınlıqda yaşayan 2-3 şagirdin məsafə saxlamaqla eyni evdə oturub dərs keçməsinə şərait yaradıla bilər. İnternetin sürətinin artırılması üçün qiymətinin artırılması əhəmiyyətlidir. Qonşular biləşib pullarının toplayıb bu məsələni həll edə bilərlər.
14. İnsanların maarifləndirilməsi də Online təhsilin verilməsində olan problemlərin aradan qaldırılmasına köməklik edə bilər.
15. QHT sektorunun da Online təhsilin problemlərinin aradan qaldırılmasına verə biləcəyi dəstək Təhsil Nazirliyi ilə birgə müzakirələr zamanı birlikdə razılaşdırıla bilər. Biz qarşılıqlı şəkildə müzakirə edərək nazirliyin təkliflərinin həyata keçirilməsi üçün qüvvələrimizi səfərbər edə bilərik.
16. Təhsil dövlətimizin gələcəyinin təminatçısıdır.

Hörmətlə MVQSYİB-nin sədri Radə Abbas

Digər xəbərlər
19:48 İnfarktı əngəlləməyin sadə yolu....
19:45 Bu şəxslər Türkiyəyə şəxsi maşınlarla gedə bilər
19:43 Hərbçilərimizin düşdüyü qəzada ölənlərin sayı 7-yə çatdı
19:32 Sabah Yasamalda qaz olmayacaq
19:27 Hər 7 gəncdən birində bu problem var: ölümlə nəticələnir
19:25 Putin: "KTMT Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi"
19:22 Parlamentdə U dönüşü: Deputatların "şparqalka"sını kim hazırlayıb?
09:39 Ağız və dişlərə qulluq nə üçün vacibdir?