hemle

Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - Rəsmi

Tarix:1-05-2020, 17:54
Baxış Sayı:583

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli Sərəncamına əsasən, ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mayın 4-dən mayın 31-dək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən “Qafqazinfo”ya daxil olan birgə məlumata görə, bu qərara uyğun olaraq hər iki qurum ümumtəhsil müəssisələrində yekun qiymətləndirmə və monitorinqlərin aparılması, birinci sinfə qəbulun təşkili, təhsilalanların bir sinifdən digərinə keçirilməsi, buraxılış və qəbul imtahanlarının təşkili, ali təhsil müəssisələrində və təhsilin digər pillələrində yay imtahan sessiyalarının təşkili, habelə dövlət qulluğuna qəbul və müəllimlərin işə qəbulu imtahanlarının keçirilmə vaxtı, formatı və qaydalarına dair məlumatı növbəti həftə ərzində ictimaiyyətə təqdim edəcək.
1 iyun tarixindən sonra təhsil müəssisələri yalnız yuxarıda qeyd olunmuş istiqamətlər üzrə tədbirlərin keçirilməsi üçün məhdud şəkildə fəaliyyət göstərə bilər. Tədris ilinin sonunadək təhsil müəssisələrində dərslərin keçirilməsi nəzərdə tutulmur.

Digər xəbərlər
21:56 Ermənistanın hərbi təcavüzü məhkəmədə - Tərtər döyüşlərinin şahidi danışdı
21:51 Hansı torpaqlar vətəndaşdan geri alına bilər? - AÇIQLAMA
21:49 Azərbaycanda ötən illə müqayisədə qohum evliliklərinin sayı necə dəyişib?
21:45 Elgün İbrahimovun ölümündə maraqlı məqam
19:21 "Azəriqaz” İB-də 28 May - Müstəqillik Gününə həsr olunmuş şahmat yarışı keçirilib
18:42 Azərbaycanın müstəqilliyinin 107 illiyi münasibəti ilə Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu kitab sərgisi keçirdi
10:52 Yaxın 5 il ərzində baş verəcək - Dünyanı görün hansı təhlükə gözləyir
10:48 Nazirlik valideynlərin narazılığına səbəb olan qərarı ləğv etdi