hemle

Deputat: "Gömrüklə bağlı qərar haqsız rəqabəti aradan qaldıracaq"

Tarix:1-09-2020, 14:28
Baxış Sayı:445

Nazirlər Kabinetinin qərarı ilə "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"na edilən düzəlişlər sosial şəbəkələrin əsas gündəminə çevrilib. Qərara əsasən ölkənin gömrük sərhədinə 30 gün ərzində eyni fiziki şəxsin ünvanına karqo və poçt vasitəsilə gətirilən malların ümumi dəyəri 1 000 dollardan 300 dollara, bir təqvim ayı ərzində ölkəyə güzəştli şərtlərlə gətirilən malların ümumi dəyəri isə 1 500 dollardan 800 dollara salınıb. Bu qərar bir sıra vətəndaşlar tərəfindən çaşqınlıqla qarşılandı.

Dövlət Gömrük Komitəsi məsələyə aydındlıq gətirdi və qərarın dövlətin iqtisadi mövqeyini, daxili bazarın mənafeyini qorumaq olduğunu bildirdi.

Millət vəkili Azər Badamov da açıqlamasında yeniliyə müsbət yanaşdığını bildirib. Onun sözlərinə görə, gömrükdə limitlərin tətbiq edilməsi Azərbaycanda dövlət büdcəsinə yığımları artıracaq. O qeyd edib ki, dünyanın hər bir ölkəsində şəxsi istehlak üçün gətirilən mallarla, gəlir əldə edilməsi üçün gətirilən mallar arasında fərqin müəyyən edilməsi üçün limitlər mövcuddur:

"Əgər biz Avropanın hər hansı bir ölkəsinə poçtla göndəriş etsək, orada malın dəyərinin müəyyən olunmuş məbləğdən çox olduğu halda vergiyə cəlb olunduğunu görəcəyik. Bu, dünya praktikasında da belə qəbul olunub".

Millət vəkili bundan əlavə, gömrükdə şəxsi istehlak üçün limitin tətbiq olunmasını haqsız rəqabətin aradan qalxması, idxal olunan malların vergidən yayınmasının qarşısının alınması və iqtisadiyyatın tənzimlənməsi baxımından müsbət addım hesab edir:

"Keçirilən iqtisadi təhlillər nəticəsində son illər fiziki şəxslərin ölkənin gömrük sərhədindən mal keçirərkən ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilməklə gömrük rüsumunu ödəməkdən yayındığı müəyyənləşdirilib. Adıçəkilən qaydalarda dəyişiklik bu halların aradan qaldırılması baxımından məqsədəuyğundur"

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir