hemle

Gömrük Komitəsi deputatın şirkəti ilə bağlı məhkəməyə müraciət etdi

Tarix:18-06-2020, 17:48
Baxış Sayı:462

Dövlət Gömrük Komitəsi “Embawood” MMC-nin inzibati qaydada cərimə edilməsi barədə protokol tərtib edib.

NOCOMMENT.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsinə əsasən tərtib edilmiş protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. İş hakim Rövşən Xəlilovun icraatındadır.

Qeyd edək ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə nəzərdə tutulub.

“Embawood” MMC mebel istehsalçısı olan şirkətdir. Şirkətin həmtəsisçilərindən biri yeni deputat seçilən Məşhur Məmmədov olub.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ