hemle

Ölkəyə daxili orqanında heroin keçirmək istəyən şəxs saxlanılıb - Atəş.az

Tarix:6-02-2017, 12:03
Baxış Sayı:591

Gömrükçülər İrandan gələn vətəndaşın daxili orqanında beş ədəd bükümdə heroin aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı, həmin vətəndaşın daxili orqanında (düz bağırsağında) beş ədəd bükümdə, ümumi xalis çəkisi 93,411 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi
21:20 Danışıqlar uğursuz olarsa, Ukraynanı nə gözləyir? - İki ssenari
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır