hemle

"Hər gün Xocalıdır" - Balayar Sadiq ... Atəş.az

Tarix:17-02-2017, 12:56
Baxış Sayı:851

XOCALI

(Düşmən mühasirəsində yeniyetmə qızı əsir düşməsin deyə onu güllələyən atanın ağısı)

İlahi, ver əllərini,
Bu son ərzimi basdırım.
Üz-gözü namus ətirli,
Körpə arzumu basdırım.

Göz yaşına qapım bağlı,
Qeyrət başdan qapıb ağlı.
Bu üzü əcəl duvaqlı,
Şirin nazımı basdırım.

Qızım, dur, bu dərdə isin,
Bu dərddi ləpirin, izin.
Güldürdüm qeyrətin üzün,
İndi üzümü basdırım.

Daşlar daşlığından qaçır,
Başlar başlığından qaçır.
Haqqın sözü qançır-qançır,
Yer yox sözümü basdırım.

Heyrətdən susub fələklər,
Qıvrılır tənhalar, təklər.
Endirsin yerə mələklər,
Alın yazımı basdırım.

1994

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir