hemle

"Hər gün Xocalıdır" - Mayisə Əsədullaqızı - Atəş.az

Tarix:23-01-2017, 20:11
Baxış Sayı:810

XOCALI GÜLLƏRİ

Xocalımda yağı düşmən çapardı,
Minlərlə oğulu vaxtsız apardı.
Analar-bacılar şivən qopardı,
Amandı yatmayaq, dur, ay qardaşım,
Oyan ay qohumum, ay vətəndaşım!!!

Neçə öpüş donub qaldı dodaqda,
Xocalı gülləri soldu budaqda,
Neçə baxış itib qaldı uzaqda,
Nə qədər səbr edək, dur ay sirdaşım,
Oyan ay qohumum, ay vətəndaşım!

Qoy ucalsın göyə haqqımın səsi,
Gül olsun Vətənin dağı-dərəsi.
Düşməni hürkütsün igid nərəsi,
Dur gedək irəli, dur ay qardaşım,
Oyan ay qohumum, ay vətəndaşım!

DƏRLƏRİM BİÇİM-BİÇİMDİ

Cəbrayıldı, Kəlbəcərdi,
Görməyirik gör haçandı!
Yalçın qayalı Laçındı,
Dərdlərim biçim-biçimdi.
Qubadlıdı, Zəngilandı,
Sevənlərin qəlbi qandı.
Dədələrin, babaların,
Məzarları nigarandı.
Cənnət laləzar Xocalı,
Qırıldı cavan-qocalı.
O dağlara yığılmağa,
Hünərimiz yoxdu Vətən!
Burdan, ta Şuşaya qədər,
Yollarını tanımağa,
Gözlərimiz kordu Vətən!
Yanında üzü qarayıq,
Məkanımız gordu Vətən!
Şəhidlərim sıralanıb,

İgidlərim silahlanıb,
Anaların naləsidi:
“Getdi cavanım vay Vətən!”
Ağlayırıq, çığırırq,
Çatmır Allaha hay Vətən!!

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir