hemle

Lavrov Bakını hədələdi... - POLİTOLOQ

Tarix:27-08-2020, 23:30
Baxış Sayı:3 494

Bakıya və Ankaraya “yox” dedi

Lavrov Bakını hədələdi... - POLİTOLOQ
"Lavrovun bu hədələyici açıqlmasına Ceyhun Bayramovun necə reaksiya verdiyi barədə məlumat yoxdur. Halbuki, Ceyhun Bayramov Bakıda yüksək səviyyədə səsləndirilən fikirləri Lavrovla birgə keçirilən mətbuat konfransında da təkrarlamalıydı."

Manevr.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi ortaq mətbuat konfransını şərh edərkən deyib. Politoloq fikrini belə davam etdirib:

-Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdiyi ortaq mətbuat konfransında deyib ki, həmsədrlərlə bağlı danışıqların tərkibinin dəyişdirilməsini qəbuledilməz sayır və bunu açıq bəyan edir. Lavrovun mesajı Bakıya və Ankarayadır. Çünki, həm Bakı, həm də Ankara Minsk Qrupu həmsədrlərinin hazırki formatının münaqişəni həll etmədiyi düşüncəsindədir. Prezidentin köməkçisi Hikmət Hacıyev sərhəddəki son insidentdən sonra Minsk Qrupu üzvlərinin toplanması gərəkliyini bildirmişdi. Minsk Qrupunun 11 üzvü var. Azərbaycan Türkiyəni həmsədrlər sırasında görmək istəyir. Lavrov isə “yox” deməklə bütün bu təşəbbüslərin üstündən xətt çəkərək, belə bir hədələyici cümlə də işlədib: “Təəssüf ki, biz danışıqların formatını dəyişdirmək istəyən cəhdlər görürük, bu qəbuledilməzdir”.

Lavrovun bu hədələyici açıqlmasına Ceyhun Bayramovun necə reaksiya verdiyi barədə məlumat yoxdur. Halbuki, Ceyhun Bayramov Bakıda yüksək səviyyədə səsləndirilən fikirləri Lavrovla birgə keçirilən mətbuat konfransında da təkrarlamalıydı. Yəni 1) hazırki format bizi qane etmir; 2) rəsmi Bakı Minsk Qrupu üzvlərinin toplanmasını və danışıqlar formatının dəyişdirilməsi imkanlarının müzakirəsini istəyir, - deyə natiq fikrini bitirib.
hemlemedia.az

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək