hemle

Azərbaycanda bu obyektlərin hamısı bağlanacaq

Tarix:25-08-2020, 21:51
Baxış Sayı:758

Yaxın gələcəkdə Azərbaycanda daş karxanalarının əksəriyyəti fəaliyyətini dayandıracaq. PARLA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə “Facebook”da canlı yayımda vətəndaşların suallarını cavablandırarkən bildirib. O qeyd edib ki, daş karxanaları ətraf mühitə ziyan vurur və əhali tərəfindən bu baxımdan xeyli şikayətlər alırlar. Lakin son illər bu karxanaların sayı əhəmiyyətli dərəcədə azalıb: “3 il əvvəl Azərbaycanda 800-dən artıq daş karxanası var idisə, artıq 500-nün fəaliyyəti ya dayandırılıb, ya da tələblərə uyğun olmadıqlarına görə özləri imtina ediblər. Hazırda bu say 300-ə enib. Bağlanan karxanalara tətbiq edilən ziyanın həcmi 30 milyon manat civarındadır. Artıq 15 milyon 600 min manat ziyan Ətraf Mühitin Mühafizəsi Fonduna ödənilib. Ödəməyən karxanalarla bağlı hüquq mühafizə orqanlarına müraciət edilib, işlərinə prokurorluqda baxılır. Yaxın vaxtlarda həmin karxanaların ödənişi məcburi ödənilməsi ilə bağlı qərar çıxarılacaq. Çox böyük ehtimalla, yaxın gələcəkdə karxanaların əksəriyyəti fəaliyyətini dayandıracaq”. H. Əlizadə bildirib ki, hazırda bu karxanaların hamısını bağlamaq mümkün deyil. Çünki bu karxanaların fəaliyyətini dayandırmaq böyük faciəyə səbəb ola bilər, tikinti bazarında qiymətlər çox yüksələ bilər. Qanunauyğun şəkildə, müasir texnologiyalarla işləyənlər fəaliyyətini davam etdirəcək.

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan