hemle

İyun ayında işsiz vətəndaşlar 190 manat ala biləcək? - RƏSMİ AÇIQLAMA

Tarix:19-05-2020, 16:01
Baxış Sayı:549

Artıq aprel ayı üçün işsiz və aztəminatlı vətəndaşlara dövlət tərəfindən birdəfəlik yardım (190 manat) edilib.

Məlumata görə, may ayı üçün də ödənişlərin bir qismi həyata keçirilib.

Sonxeber.az xəbər verir ki, qazet.az-ın suallarını cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirir ki, may ayı üçün 300 min nəfər birdəfəlik yardım (190 manat) ödənilib. Proses davam edir.

"Aprel ayının ödənişi tam yekunlaşıb. May ayının ödənişi də artıq 300 min nəfərə ödənilib. Bu, 2 aylıq müddətdə pandemiya dövründə dövlətin işsiz vətəndaşlara, bu dövrdə işini itirən vətəndaşlara, aztəminatlı vətəndaşlara qayğısını əks etdirən sosial dəstək tədbiridir", - deyə Fazil Talıbov bildirir.

190 manat yardım alanları maraqlandıran əsas sual isə növbəti ay üçün də bu ödənişlərin həyata keçirilib-keçirilməyəcəyidir.

"Növbəti ay üçün proses nəzərdə tutulmayıb. Hökumətin qərarından asılı olacaq məsələdir", - nazirliyin sözçüsü qeyd edib.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq