hemle

QAFQAZ KONSERV ZAVODUNUN DİREKTORU CƏZALANDIRILDI

Tarix:20-08-2020, 13:39
Baxış Sayı:377

Xaçmaz rayonunda fəaliyyət göstərən Qafqaz Konserv Zavodunun istehsalat tullantılarının Qobuqırağı kəndinin ərazisindən keçən çaya atıldığı ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

ATESH,Az saytı xəbər verir ki, Bunu ONN media -ya Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı zavodda əmələ gələn istehsalat tullantılarının qanunvericiliyə uyğun idarə edilmədiyi və çaya atıldığı faktı təsdiqini tapıb. Faktla bağlı akt və protokol tərtib olunaraq zavodun direktoru Rüstəm Rüstəmovun İnzibati Xətalar Məcəlləsinin 264.0.1 maddəsinə əsasən hüquqi şəxs qismində 7500 manatdan 10000 manatadək cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib.

“Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə zavoda məcburi göstəriş verilib”.
ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir