hemle

TÜRKÜN TARİXİ.

Tarix:16-08-2020, 22:22
Baxış Sayı:2 648

Ərəblər Çingiz xanın müsəlman olmağı üçün çox çalışıblar. Çingiz xanın yanına gedən ərəb elçilərli ilə onun arasında belə bir danışıq olur:
-Xanlar xanı Çingiz xan, sizi İslama dəvət edirik.
-İslam dediyiniz nədir?
-Peyğəmbərimiz Məhəmməd vasitəsiylə insanlara təbliğ edilən dindir.
-Peyğəmbər kimdir?
-Yerin, göyün yaradıcısının Yer üzündəki seçilmiş təmsilçisi.
-Ola bilər. Əbədi Göy Səmanın burdakı təmsilçisi də mənəm.
-Amma sizə bir kitab endilmədi. Peyğəmbərimizəsə Quran endirildi.
-Kitabınızda nə yazılır?
Ərəblər İxlas surəsini oxuyurlar. Çingiz xan surənin türkcə variantını eşitmək istəyir.
"De ki, Allah birdir. Allah heç bir şeyə möhtac deyildir. Hər şey ona möhtacdır.O doğulmayıb. Heç bir şey ondan iznsiz hərəkət edə bilməz. Və ona tay ola bilən bir kəs yoxdur.”
Bundan sonra Çingiz xan qəhqəhə çəkir və deyir:
-Siz bunları hələ indi öyrənirsiniz? Biz türklər min ildir bunu bilirik və belə dua edirik. Buyurun, gedə bilərsiniz.
...Çingiz xan atından enib bir məscidin qabağında dayanır. Atın yüyənini mollaya verir və soruşur:
-Bu kimin evidir?
Ordakılar cavab verir:
-Bu, Allahın evidir.
Çingiz xan hiddətlənir:
-Susun, bütpərəstlər! Allahın evi qəlbinizdir. Onu qəlbinizdən çıxarıb ona böyük-böyük evlər tikmisiniz. Qəlbinizə isə bütün murdarlıqları doldurmusunuz. Sizi elə burdaca atımın ayaqları altında əzərdim, ammaz buna belə dəyməzsiniz!
atesh,az

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu