hemle

ÇİNGİZ ABDULLAYEV: “BİZ DEMİRİK Kİ, BU QALIQLAR MÜTLƏQ MÜŞFİQƏ AİDDİR”

Tarix:2-11-2018, 16:31
Baxış Sayı:507

"Mikayıl Müşfiqin qalıqlarının tapılması və araşdırlması üzrə yaradılan işçi qrupun üzvlərindən biri də mənəm. Dünən hər bir üzvün iştirakı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclas keçirilib. Təbii ki, Müşfiqə aid olduğu iddia edilən qalıqların həqiqətə ona məxsus olub-olmadığını dədiqləşdirmək üçün hər birimizin çalışması vacibdir”.

Bunu Modern.az-a açıqlamasında Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların araşdırlması üzrə yaradılan işçi qrupun üzvü, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev deyib.

İşçi qrupun üzvü bildirib ki, hər kəsin bir araya gəlməsi çox önəmlidir:

"Cənab Ramiz Mehdiyevin yanında keçirilmiş dünənki iclasda məsələ ilə bağlı hər birimizin fikirləri öyrənildi. Çünki qalıqların təsdiqi, yaxud da əksi üçün bir araya gəlmək çox vacibdir. Biz demirik ki, bu qalıqlar mütləq Müşfiqə aiddir. Sadəcə olaraq ehtimalları dəqiqləşdirməkdə fayda var. Ona görə də işçi qrup cənab prezidentin tapşırığına əsasən iş başındadır. Həmçinin, digər ehtimallar da var. Həmin ərazidə ola bilsin ki, digər görkəmli insanların da qalıqları olsun. Məsələn, Əhməd Cavadla bağlı da fikirlər səslənir. Ərazidə onun da məzarı, yaxud qalıqları ola bilər”.


Prezidentin tapşırığına əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçiriləcək.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...