hemle

Bitməz könlümüzün Qarabağ dərdi. Səriyyə Müslümqızı yazır.

Tarix:9-08-2020, 22:27
Baxış Sayı:821

Azərbaycan xalqının qəhrəmanlıq dastanları bir deyil, beş deyil. Tarixə nəzər salanda bir daha aydın olur ki, Azərbaycan xalqının mərd oğulları qəhrəmanlıq səlnamələri yaradıb, hələ də yaradırlar .Son döyüşlər də bir daha bunu təsdiq etdi. Genarılımız Polad Həşimov gənclərimizə bir örnək oldu. Öz məvacibini əsgərlərinə xərcləyən əsil zabit gözümüzdə qəlbimizdə bütləşdi. Qarabağ müharibəsinin acısını -ağrısını yaşadım. Cəbhə həyatımda Polad kimi neçə-neçə mərd oğullarımızın Vətəni necə sevdiyini canlarını qurban verdiklərinin şahidi oldum. Bax bu Azərbaycan xalqıdır . Ata-babalarımızda əmanət olaraq aldığımız üzərində xoşbəxt və firavan həyat qurduğumuz bu vətəni hər birimiz ülvü məhəbbətlə sevməli uğrunda ölməyi bacarmalıyıq. Elə Qarabağ savaşında canlarını qurban verən oğullarımız kimi... Bu gün güclü bir ordumuz var. Bu 1992-ci ildəkində qat-qat güclü ordumuz. Aprel döyüşlərinə nəzər salanda da düşmənin üstünə qorxmadan oğullarımıza eşq olsun! Azərbaycanın tarixində kişilərlə bərabər qadınlarımızda sücayət göstəriblər. Elə Tomrisimiz kimi. Ali Baş Komandanın çağrışına səs verən 55.130-dan çox vətandaş Səfərbərlik və Hərbi Xidmətində qeydiyyatdan keçiblər müraciətlər davam edir. Azərbaycanda Qadın Sahibkarlığı Assosiyasının çağrışına dəstək verdilər.Assosiasiya sıralarında birləşən yüzlərlə sahibkar xanımlar orduda xidmət etməyə hazır olduqlarını bildirdilər. Elə Qarabağ müharibəsi baçlayanda da ilk qaranquşlar kimi orduya yazılıb müharibəyə yollanan qadınlarımızın xınalı barmaqları tətiyə söykəndi. Gəlinlik paltarı əsgər forması ilə əvəz olundu. Təki Vətən yaşasın! Bu xalqın generalı Polad Həşimov düşmən üstünə tək başına yollanan Mübariz İbrahimov vəzifə borcunu ön cəbhədə hospitalda yox həkim Gültəkin Əsgərova və digərləri şəhidlikləri ilə bu millətin başını uca etdilər. Bu Vətən bizimdir bizim olduğu üçün də onun uğrunda ölməyi bacarmalıyıq.!

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı