Dağlıq Qarabağ münaqişəsi düz 30 ildir davam edir. Dünya isə hələ də susur. Hələ də Xocalı soyqrımını dünyanın aparıcı dövlətləri tanımıq. Təcavüzkar Ermənistanın bu hərəkətinə son verilmir. İşğal etdikləri Azərbaycan torpaqlarında abidələrimiz məhv edilir. Bu yerlərin adları dəyişdirilərək erməniləşdirilir. BMT-nin ATƏT-nin verdikləri qərarlar və qətnamələr yerinə yetirilmir.1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan tərəfindən atəşkəs dəfələrlə pozulur əsgərlərimiz şəhid olur. Bax elə bu günlərlərdə də, Ermənistan tərəfindən Azərbaycanın Tovuz rayonunda atəşkəs pozuldu. Onların hücumuna Azərbaycan tərəfindən cavab verildi. Bizim ən yüksək rütbəli zabitlərimiz əsgərləri ilə birgə döyüş meydanına atıldılar. Onlar öz canları ilə Vətənimizi, torpağımızı qorudular. Bizim çiyinləri poqonlu şəhid edilmiş qəhrəman oğullarımız, edildi. Ciyərlərimiz yansada bir daha qələbəyə ümüdimizi artırdınız. 1992-ci ildə doğulduğum Xocalıda əmim Milli ordunun əsgərləri olan əmimin 3 oğlu silaha sarılaraq, Xocalını müdafiəsi zamanı canlarını qurban verdilər. Bax onda da, indi də ,Azərbaycan əsgəri rəşadət göstərdi və göstərəcək ta torpaqlarımızı düşmən tapdağından azad edənə qədər. Hardasınız ay demokratiyadan, insan haqlarından danışan Ermənistanın arxasında dayanan dövlətlər nə qədər bu təcavüzkar Ermənistanı dəstəkləyəcəksiniz? 1990 -cı ildə də, bu gündə meydanlara axışan başına döndüyüm Azərbaycan xalqım bir daha sübut etdi ki, həmişə dövlətinin, xalqının yanındadır .Təxribat törədənlərdə bir mənalı şəkildə cəzalanmalıdır. Mənim xalqım heç vaxt bu işğalla barışmayacağını bu gün bu izdihamlı meydanlara axışmağı ilə sübut etdi. Düz 30 il bundan əvvəlkı kimi.... Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də dəfələrlə bir qarış torpağımızın Ermənistana verilməyəcəyini səfər etdiyi ölkələrin ən yüksək tribunalarından səsləndirir. O bildirib: '' Sirr deyil ki, Ermənistan terror dövlətdir və bunu bu dövlət dəfələrlə göstərib hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirilib və bu cinayətin üstü açılmayıb. Ermənistanda faşistlərə abidə ucaldılır. Kasıb Ermənistan faşistlərə 6 metrlik abidə ucaldıb . O adam ki, onun Hitlerlə əməkdaşlığı sənədlərlə təsdiq edilib. Sovet İttifaqının müvafiq orqanları tərəfindən həbs olunaraq 25 illik həbs hökmü oxunub. Ermənistanda hakimiyyət dəyişə bilər amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz qalacaq. Bunu mən həyatımda yaşadım bir gecənin içindəcə özlərini dost kimi göstərən bu nanukorlar mənim doğulduğum yurdumu Xocalımı işğal ediblər O yolları mənim üzümə bağlayıblar. Mənim şanlı ordum əminəm ki siz əsirlikdə qalan torpaqlarımızı azad edəcəksiniz. Mən müharibə qadınıyam müharibənin ağrısının-acısını yaşamışam .Bu gündə yenidən yaşadım qəlbim sızladı. Müharibə veteranı qadını kimi cəbəhəyə yenidən getməyə hazıram. Təki Vətən torpağımız mənfur düşmənlərimiz ermənilərdən azad olsun! Ey Azərbaycan qadınları, anaları bu torpaq bu Vətən uğrunda döyüşə getməliyik . Elə gəncliyimdə getdiyim kimi. Yaralı torpaqlarımızın yarasını sarıyaq ki bizimdə qan sızan ,qövr edən yaralarımız sağalsın! Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeləri həqiqəti əks etdirmir. Yenə də həmişəki kimi Türkiyənin Prezidenti Bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam edəcəyik söylədi. Elə Xocalı soyqrımı ərəfəsində əlimdən tutaraq, siz şəhid ailələrinə sevgimiz, sayğmız tükənməzdir dedi. Dünya bilsin ki, ən böyük soyqrım Xocalıda törədilib. Var ol sayın Cumur başqanım qələbə bizimlə olacaq. Bu gün Azərbaycan analarına, qadınlarına yalvaran Nikoyl Paşinyanın arvadı Anna Akkopyan Qarabağ müharibəsində soyqrıma məruz qalan bir ana kimi deyirəm son damla qanımıza kimi döyüşə atılmalıyıq. Təki Vətən yaşaçın!
Müharibə jurnalisti Səriyyə Müslümqızı.
hemlemedia.az