hemle

Gələcək nəsillər bizi bağışlamayacaq! Səriyyə Müslümqızı...

Tarix:30-06-2020, 08:15
Baxış Sayı:845

Yayımlatyan AETSH,AZ saytı
Bir neçə gün bundan öncə yəni iyunun 26-da Milli Ordumuzun yarandığı günü qeyd etdik. Həmin gün hər kəs ürəyindən keçənləri yazdı. Xəyal məni çox uzaqlara apardı. Babam Vətən Müharibəsində faşizmə qarşı döyüşə yollandı və qayıtmadı. Onun 4 oğlundan 2-si o illərdə atam isə 26 yaşında faciəli şəkildə öldu. Nənəm isə bala nə yaxşı o qanlı qadalı illəri görmədiniz -deyərdi. Sən demə bizim görəcəkli günlərimiz qabağda imiş. Qarabağ müharibəsi mənim gənclik illərimə düşdü. 4 il müharibənin sərt üzünü gördük. Səbirsizliklə bu müharibənin bitəcəyini gözlədik. Nə gecəmiz nə də gündüzümüz olmadı. Bir gecə isə doğulduğum Xocalı şəhəri yer üzündən silindi. Cəhənnəmi görüb gəldik. O gecə milli ordunun əsgərləri olan 3 əmim oğlunu və anamı itirdim. Yaşamaq ölümdən betər olduğu bir dövürdə cəbhəyə yollandım.Getdim ki mənim torpağımı işğal edən düşmənlə döyüşən oğullara dayaq olaq. Onlara ərzaq və tibbi yardımlar aparır, ağır yaralıları Bakıya qospitallara çatdırırırdıq. O llərdə nələr görmədim ki, ordumuz yenicə yaranırdı. Rus ordusu ermənilərlə birlikdə torpaqlarımızı işğal edir əsgərlərimiz isə şəhid olurdu. Gənc oğul və qızlarımızın ömrü yarımçıq qalırdı. onların çoxusunun son məktubu mənim üçün çox əzizdi. Ağdamdakı 1 nömrəli hərbi səhra qospitalı əsil müharibə meydanına dönmüşdü. Ordakı acılı günlərimi heç vaxt unutmayacağam. Aradan uzun illər ötüb təəssüf ki ,hələ də torpaqlarımız düşmən tapdağındadır. Bir vaxtlar yenicə yaranan ordumuzun hərbçilərinə münasibət necə doğma idi. Bu sevgi indi niyə nifrətə çevrildi. Niyə peşəkar hərbçilərimiz belə tənqid hədəfi oldular Mübarizlər, Ramillər vətən sevgili oğullarımız tənqid edilir. Biz isə belə dəyərli oğullarımıza dil uzadanları layiqli cəzalanmasına nail ola bilmirik. Bu gün müğənniləri tənqid edənlər hüquqi müstəvidə cəzalanmasını tələb edənlər ilk öncə şəhidlərimizi hərbçilərimizi qazilərimizi təhqir və tənqid edənlərin cəzalanması tələb olunmalıdır. Heç kimə sirr deyil Qarabağ müharibəsində uduzmağımızın əsil səbəblərindən biri də peşəkar hərbçilərin olmamasıdır. Müharibə başlamalı bu müharibəni isə peşəkar hərbçilərimiz aparmalıdır. Azərbaycan da kifayət qədər hərbçilərimiz var. Onları tənqid hədəfinə çevirməkdənsə, müharibəni başlamaq lazımdır. Yoxsa gələcək nəsillər bizi bağışlamayacaq!!!
Səriyyə Müslümqızı
AESH.AZ

Digər xəbərlər
17:21 Təhlükəsizlik baxımından bunları bilmək vacibdir
14:34 TƏBİB partlayışda xəsarət alanların son vəziyyətini açıqladı
14:31 ABŞ Rusiya və İrana kosmosdan zərbə endirəcək - Gizli silah
14:29 ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
14:25 Erməni nümayəndə BMT-də çıxılmaz vəziyyətdə qaldı, azərbaycanlılarla bağlı həqiqəti etiraf etdi
14:21 İsrail xüsusi xidmət orqanları İranın 200-dən çox kiberhücumunu qeydə alıb
08:49 Yer təhlükədə: Artıq 15 milyon kvadrat kilometr torpaq tükənib
08:46 "WhatsApp" milyonlarla "iPhone" smartfonunda işini dayandıracaq