hemle

Ankaradan ABŞ-ın ikinci adamına sərt cavab – Ayasofya gərginliyi

Tarix:25-07-2020, 14:21
Baxış Sayı:373

Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç ABŞ-ın I vitse-prezidenti Mayk Pensin Ayasofya məscidi ilə bağlı açıqlamasına cavab verib.

ATESH,AZ saytı Teleqraf.com saytına istinadən xəbər verir ki, türk diplomat Ayasofyanın dinindən asılı olmayaraq, Ayasofyanın bütün insanların üzünə açıq olacağını bildirib.

“Ayasofya bütün inanclılar üçün açıq qalacaq. Son 500 ildə olduğu kimi, bütün tarixi mozaykalar qorunacaq”, - Kılıç deyib.

Səfir Yunanıstan baş yepiskopu ilə görüşən Pensə maraqlı sual da ünvanlayıb: “Baş yepiskop Elpidifor eyni fikirləri Yunanıstandakı Osmanlı müsəlmanlarının mirası üçün deyə bilərmi?”.

Pens isə məsələ ilə əlaqədar açıqlamasında bunları söyləyib: “Baş yepiskop Elpidifora dediyim kimi, ABŞ Ayasofyanın bütün inanclılar üçün çatıla bilən qalması məsələsində Yunanıstan Pravoslav Kilsəsinin yanında dayanır".
ATESH,AZ

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?