hemle

Ərdoğan hadisələri qabaqlayıb Ayasofyanı məscidə çevirdi - Erkin Qədirlinin şərhi

Tarix:12-07-2020, 12:54
Baxış Sayı:539

Ərdoğanın Ayasofyanı məscidə çevirməsinə müxtəlif bucaqlardan baxmaq olar. Kimisi bunda dini mövqelərin gücləndirilməsini, kimisi populist addımın atılmasını, kimisi də gələcək seçkilərə yönəlmiş gedişi görə bilər. Ancaq mənə elə gəlir ki, Ərdoğan daha dərin düşünür və daha uzağa baxır.

hemlemedia.az saytı Teleqraf.com saytına istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Erkin Qədirli deyib.

Onun fikrincə, hər zaman olduğu kimi, burada da konteksti başa düşmək lazımdır: "Bunun üçün İsrailin gedişlərinə baxmaq lazımdır.

Bildiyiniz kimi, İsrail İordan çayının qərb sahilini 1967-ci ildə işğal edib və bu günə qədər oranı, beynəlxalq hüquqa zidd olaraq, işğal altında saxlayır. İndi İsrail işğal etdiyi o yerlərin bir hissəsini, təxminən 30 faizini rəsmən öz ərazisi elan etməyə hazırlaşır. Əvəzində İsrail Fələstin dövlətini tanıyacağını bildirir. Sadəcə Qüds tamamilə İsraildə qalacaq. Əslində bu yay onu etməli idilər, araya koronavirus pandemiyası girdi. Bundan başqa Trampın bəyanatını gözləyirlər. İsraildə hesab edirlər ki, bunu ABŞ-dakı seçkilərə qədər etmək lazımdır, çünki seçkilərdə Demokratların namizədi qalib gələrsə, anneksiya alınmaya bilər. Odur ki, İsraildə Trampa ümidlər böyükdür. Tramp da ABŞ yəhudilərinin səsini və dəstəyini qazanmaq istəyir, ona görə də, ilk addım olaraq, ABŞ səfirliyini Qüdsə köçürdü, Qüdsü İsrailin paytaxtı kimi tanıdı. İordan çayının qərb sahilinin bir hissəsinin İsrail ərazisi olduğunu rəsmən elan etmək üçün Trampın açıq dəstəyinin böyük rolu ola bilər".



Erkin Qədirli qeyd edib ki, Tramp tələsmir, İsrail isə gözləyə bilmir: "Ərdoğan da bunları bilir və öz oynunu qurur. Ərdoğan onun gördüyü işlərə münasibətimizdən asılı olmayaraq çox güclü siyasi oyunçudur. Odur ki, onun gedişlərinə ciddi yanaşmaq lazımdır. Ərdoğan anlayır ki, ABŞ İsraili bu məsələdə açıq dəstəkləsə, Qüdsdəki Əl-Əqsa məscidi əldən getmiş olacaq. Ona görə də Ərdoğan hadisələri qabaqlamağa çalışır, Ayasofyanı məscidə çevirir. Ərdoğanın bu gedişini, məncə, ancaq bu kontekstdə anlamaq olur. Muzey-məscid, dünyəvi-dini və s. kontekstlər burada anlamsızdır. Ərdoğanın Ayasofya ilə bağlı daha öncə söylədiklərini yada salmağın, onun öncə söylədikləri ilə indi etdikləri arasında ziddiyyətin olduğunu göstərməyin də bir anlamını görmürəm".

ATESH. AZ

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ