hemle

YUNANLAR TÜRK YAXTASINA ATƏŞ AÇDI: AKARDAN SƏRT AÇIQLAMA

Tarix:24-05-2020, 19:21
Baxış Sayı:403

Yunanıstan Sahil Mühafizə Xidmətinə məxsus katerlərin Türkiyə ərazi sularında yaxtaya atəş açdıqları məlum olub.

ONN media xəbər verir ki, yaxtanın kapitanı Fərhad Koray Datça limanında Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşlarına bununla bağlı şikayət edib.

Məlumata görə, cümə axşamı günü Aydın sahillərindən çıxaraq Muğlaya tərəf üzən Türkiyə yaxtasına müdaxilə edib:

“Əvvəlcə havaya xəbərdarlıq atəşəi açaraq bizi Yunanıstan ərazi sularına girməyə məcbur etdilər. Amma biz Türkiyənin ərazi sularında üzürdük. Daha sonra səhər saatlarında bizə tərəf yaxınlaşan Yunanıstan sahil mühafizəçiləri tərəfindən ikinci dəfə atəşə məruz qaldıq”, – kapitan bildirib.

Türükiyənin Milli Müdafiə naziri Hulusi Akar məsələ ilə bağlı açıqlamasında Yunannıstan tərəfinin addımlarına sərt münasibət göstərib.

“Yaxşı qonşuluq münasibətləri məsələsində bütün səylərimizə, səbrimizə baxmayaraq, Egeydəki hərəkətlərinin izahı mümkün deyil”, – Akar bildirib.(axa.az)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq