hemle

Kömək edəcəm deyib yardım üçün yığılan pulları oğurladı - Atəş.az

Tarix:5-02-2017, 13:15
Baxış Sayı:862

Mən Bənövşə Mahmudqızı təxminən 1ay öncə başımdan keçən olayı sizə nəql edirəm;

"Çox yaxın olan bir insanın 800 azn borca ehtiyacı vardı. Mən bu insana çox güvəndiyim üçün facebook sosial şəbəkəsində 800 azn pula ehtiyac olduğuna aid bir status paylaşdım. Bu statusu görüb, kömək etmək istəyən bir neçə nəfər olmasına baxmayaraq, onların içindən mənim az da olsa güvənimi qazanmış və facebook - da dostum olan Ramin Cəfərov adlı şəxs bu pulu mənə verə biləcəyini dedi. İlk öncə həyat yoldaşının şəxsi maşını ilə Azərbaycana gəldiyini və Bakıya çatdığı zaman görüşüb ondan ala biləcəyimizi dedi. 3-4 gün keçməsinə baxmayaraq xanımı Bakıya gəlib çıxmaq bilmədi. Pula ehtiyacı olan adamla Ramin Cəfərovu calaşdırdım. Ramin Cəfərov həmin şəxsdən içində pul olan kartın məlumatlarını istəyərək, pulu həmin karta göndərəcəyinə söz verib. Kartın içində pul olmasını mütləq şəkildə bildirib, əks halda onun göndərəcəyi pulu götürə bilməyəcəyimizi söylədi. İçində 880 azn pul olan kartın məlumatlarını Ramin Cəfərova göndərdik. Lakin Ramin Cəfərov karta pul yollamaq əvəzinə ümumi məbləğ 26000 rubl, Azərbaycan manatı ilə 880 azn pulu kartdan çəkdi. Yəni dar vaxtda olan adamı ona kartını etibar etmiş dostunun yanında üzüqara qoyaraq, bizi aldadaraq, pulları mənimsəyib. Bunu dərk edəndə yoldaşı Aysel Abdullazadə ilə əlaqə saxladım, o əslində yoldaşı ilə elə bu əməllərinə görə ayrıldığını, hətta onun və ailəsinin pullarını da mənimsədiyini, həmçinin, bizim tək olmadığımızı, başqa insanları da aldatdığını, Bakıya isə çoxdan gəldiyini və şəxsi maşını olmadığını dedi. Ramin Cəfərovun bizdən pul oğurlamaq üçün yalanla çərçivələnmiş bir plan qurduğu, hətta planın bir hissəsinə yoldaşını da alət etdiyi açıq-aydın ortaya çıxdı. Ramin Cəfərov özü Rusiya ölkəsində olmasından istifadə edərək, Azərbaycan vətəndaşlarını dələduzluqla aldadır. Bilir ki, Rusiya qanunları bizim ölkəmizdəkindən fərqlənir. O etdiyi bu fırıldaqçılığının adını hətta biznes adlandırır. Əlini qolunu sallaya sallaya istədiyini edir. Məsələ o pulların geri qaytarılması deyil artıq. Bizim üçün vacibata çevrilən bir şey var ki, o, mənimsədiyi pulları yeyə bilməcək və cəzasını çəkəcək. Bu dələduz adamın tələsinə sizlər də düşə bilərsiniz.

Bənövşə Mahmudqızı

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı