hemle

Fake profillərin sonu çatdı

Tarix:26-11-2016, 21:41
Baxış Sayı:640

hemlemedia.az TTV.az-a istinadən bildirir ki, Facebook sosial şəbəkəsində saxta profil açanlara qarşı mübarizənin miqyası genişləndirib. Bunu facebook-un qurucusu Mark Zukerberq elan edib. O, bildirib ki, bu sosial platformadakı bütün saxta profillər bağlanacaq. Mütəxəssislərin sözlərinə görə, Azərbaycanda da yalan adlarla profillərin açılması hallarına rast gəlinir, əgər facebook ikinci dəfə anti-fake proqramını işə salsa bu cür profilərin əksəriyyəti ləğv ediləcək.

Facebookun daxilində saxta profili müəyyən edib, silə bilən sistem yaradılıb. Bunun hesabına ilk mərhələdə minlərlə profil silinib. İkinci dəfə belə bir addımın atılması isə əksər fake profillərin bağlanmasına imkan verəcək. Mütəxəssislər deyirlər ki, son vaxtlar saxta profil istifadəçilərinin sayında azalma var. Buna baxmayaraq, yenə də sosial şəbəkə istifadəçiləri diqqətli olmalıdırlar. Bir müddət əvvəl Azərbaycanda sosial şəbəkələrdə saxta profillərlə başqasını təhqir edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məcəlləyə dəyişikliklər təklif olunub. Mütəxəssislər hesab edirlər ki, layihə qəbul edilərsə, onun tətbiqi üçün də texniki mexanizmin yaradılması mütləqdir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir