hemle

ERMƏNİSTAN YENƏ MÜLKİ SAKİNLƏRƏ MƏRMİ ATDI — “MƏƏTTƏL QALDIM Kİ, NİYƏ ÖLMƏDİM” – FOTOLAR

Tarix:16-07-2020, 22:03
Baxış Sayı:417

İyulun 16-sı saat 17:00-da Ermənistan silahlı bölmələri Tovuzun Vahidli kəndini artilleriya qurğularından atəşə tutub.

hemlemedia.az saytı bildirir ki, mərmi zərbəsi nəticəsində kənd sakini Arif Məmmədovun şəxsi təsərrüfatına ziyan dəyib.

Mərmi ot tayasına düşüb və onu yandırıb. A.Məmmədov deyir ki, mərmi düşərkən ot tayasının yaxınlığında olub.

“Mərmi düşdü, tez yerə uzandım. Sanki mərmi məni yenidən qaldırıb yerə çırpdı. Ot tayası yandı. Məəttəl qaldım ki, niyə ölmədim. Allah məni saxladı”, – deyə o əlavə edib.

A.Məmmədov bildirir ki, iki maşın ot tayası şəxsi təsərrüfatı üçün çox vacib idi.

Onu da qeyd edək ki, hadisə zamanı A.Məmmədovun evinə də ziyan dəyib.(oxu.az)

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir