hemle

KARANTİN DÖVRÜNDƏ METROYA NƏ QƏDƏR ZİYAN DƏYİB? – AÇIQLANDI

Tarix:8-05-2020, 19:34
Baxış Sayı:425

Bakı Metropoliteni karantin dövründə dəymiş ziyanı müəyyən etməyib.

ONN media xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov deyib.

Onun sözlərinə görə, karantin dövründə daşınmayan sərnişinlərin sayı müəyyən edilib: “Lakin biz dəymiş ziyanı pula çevirməmişik. Onu deyə bilərəm ki, metro bağlanandan bu günə qədər orta hesabla 29 milyon sərişin itirmişik”.

O qeyd edib ki, metropolitendə hər sərnişinin daşınması üçün sərf olunan rəqəm tez-tez dəyişir. Hazırda bir sərnişinin daşınması 52 qəpiyə başa gəlir.

O, əlavə edib ki, metropolitendə bu müddət ərzində yalnız sərnişindaşıma fəaliyyəti dayandırılıb: “Bütün texniki yoxlanışlar aparılıb və metro fəaliyyətə tam hazırdır. Bütün görülən tədbirlər sıxılığın azalmasına, pandemiyanın yayılmasının qarşısını almağa yönəlib”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı