hemle

İRƏVANI BAKININ ƏLİNDƏN ALAN OLMAYACAQ – MOSKVADAN BAXIŞ

Tarix:13-07-2020, 09:57
Baxış Sayı:606

2 iyul 2020-ci ildə Tovuz istiqamətində Ermənistan tərəfindən təşkil olunmuş hərbi təxribatdan sonra təmas xəttində münaqişənin başlama ehtimalı kəskin şəkildə artır.

ATESH,AZ saytı ONN media agentliyinə istinadən xəbər verir ki, bu sözləri açıqlamasında rusiyalı siyasi ekspert Denis Korkodinov deyib. Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi yalnız iki şərtin mövcud olduğu halda baş verə bilər – işğal olunmuş Azərbaycan torpaqlarının tam azad edilməsi və atəşkəsin təmin olunması:

“Lakin Ermənistan bu şərtləri qətiyyən qəbul etmir və Azərbaycana qarşı müntəzəm olaraq təxribatlar törədir. Təxminən 30 il ərzində Bakı münaqişəni siyasi yolla nizamlamağa çalışırdı. İndi isə 12 iyul Ermənistanın süqutunun başlandığı gün ola bilər. Bakı son dərəcə qətiyyətli mövqedədir. Bu dəfə Ermənistanın köməyinə Moskva da daxil olmaqla, heç bir dövlət gəlməyəcək”, – deyə həmsöhbətimiz qeyd edib.
ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir