hemle

Borçalı Cəmiyyətinin Koordinasiya Şurası toplandı - Atəş.az

Tarix:3-02-2017, 17:38
Baxış Sayı:587

Yanvarın 28-də Azərbayvan Demokratik Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsilzadənin doğum günü ərəfəsində Borçalı Cəmiyyətinin Koordinasiya Şurasının iclası keçirilib. İclası giriş sözü ilə açan Cəmiyyətin üzvü, hüquqçu Nazim Musayevin qısa çıxışı, eləcə də M.Ə.Rəsulzadə və son günlər dünyasını dəyişən akademik Cəlal Allahverdiyevin xatirəsinə bir dəqiqəlik sükutdan sonda Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin məruzəsi eşidilmişdir. Məruzədə Cəmiyyət sədri öncə ötən ilki fəaliyyətlər barədə danışmışdır. Z.Məmmədli qeyd etmişdir ki, təkcə ötən il Cəmiyyət tərəfindən 36 tədbir keçirilib. Borçalı Cəmiyyətinin sədri "Cəmiyyət"ə qarşı yaradılan ədalətsiz hüquqi əngəllər müqabilində qurumun izlədiyi qanuni prosedurlar haqda məlumat verdikdən sonra 2017-ci il üçün Cəmiyyətin qarşısında duran vəzifələri toplantı iştirakçılarının diqqətinə çatdırmışdır. Məruzə ətrafında çıxışlarda tanınmış alim Əli Şamil, Borçalı ziyalısı Rəşid Hacıyev, Cəmiyyətin İH üzvləri Qiymət Məhərrəmli, Əlləz Ovçiyev, qocaman şair Mədəd Coşğun, Əzizə Ağahüseynqızı, Elbəyi Cəlaloğlu, Qiya Pasxataşvili və başqaları Borçalı Cəmiyyətinin ötən ilki fəaliyyəti haqda düşüncələrini paylaşıblar.

Koordinasiya şurasının toplantısında İ.Qoqebaşvili mükafatı və Zahid Xəlilov xatirəsinə Türklüyə Xidmət Mükafatının laureatı, pedaqoji elmlər doktoru, professor Alı Musayevin yenicə 2000 tirajla nəşr etdirdiyi 3 cildlik Azərbaycanca-Gürcücə lüğətin Borçalı Cəmiyyətinə hədiyyə olaraq göndərməsi alqışlarla qarşılanıb. Hədiyyəni Cəmiyyətin sədrinə Borçalıda fədakar maarifçi, Borçalı Cəmiyyətinin təhsil məsələləri üzrə müşaviri, Cumber Lejava adına çoxprofrilli Gürcüstan Beynəlxalq akademiyasının həqiqi üzvü Ələddin Qarabağlı təqdim edib.
Toplantının sonunda Borçalı Cəmiyyətinin İH tərəfindən Koordinasiya Şurasına təqdim olunan 7 bəndlik fəaliyyət prinsipləri də müzakirə olunaraq əsasən qəbul edilib.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı